Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun rusiyalı həmkarı Sergey Lavrovla görüş üçün Moskvada rəsmi səfərdədir.
Baki-xeber.com-un TASS-a istinadən xəbərinə görə, tərəflər əsasən Qarabağ nizamlanmasını müzakirə edəcək, eyni zamanda regional və beynəlxalq məsələlər də diqqət mərkəzində olacaq. Görüş həm də onunla əlamətdardır ki, Rusiya-Azərbaycan diplomatik əlaqələrinin 25 illiyinə təsadüf edir. Rusiya XİN-in açıqlamasında deyilir ki, bu səbəblə nazirlərin görüşündə ikitərəfli diplomatik əlaqələrin və əməkdaşlığın daha da inkişaf etdirilməsi prioritet kimi qeyd olunacaq.
Qeyd edək ki, Məmmədyarovun Lavrovla görüşü ikincinin təşəbbüsü ilə baş tutub.