Azərbaycanın ərzaq məhsulları Körfəz ölkələrin də “Lulu” hipermarketlər şəbəkəsi vasitəsilə realizə olunacaq.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə Azərbaycan İqtisadiyyat Nazirliyinin açıqlamasında deyilir. ABC isə xəbər verir ki, bu barədə razılıq Dubayda keçirilən “Gulfood 2017” ərzaq məhsulları sərgisi çərçivəsində əldə olunub. Xəbərə görə, “Lulu” hipermarketlər şəbəkəsi özündə 138 mağazanı birləşdirir. Bu mağazalar isə BƏƏ, Oman, Qətər, Küveyt, Bəhreyn, Misir, Səudiyyə Ərəbistanı, Malayziya, İndoneziya və Hindistanda fəaliyyət göstərir.
Beləliklə, Azərbaycanın ekoloji təmiz məhsulları dünyaya açılır.