“Biz, İqtisadi Əməkdaşlıq Təşkilatı regionunda həll olunmamış Ermənistan-Azərbaycan münaqişəsindən narahatlığımızı ifadə edirik”. APA-nın məlumatına görə, bu barədə İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) ötən gün Pakistanda keçirilən sammitinin yekun bəyannaməsində deyilir.
Bildirilir ki, bu münaqişə iqtisadi inkişafa və regionun iqtisadi potensialının tam reallaşmasına mane olur: “Bu münaqişə regional və daha geniş səviyyədə iqtisadi əməkdaşlığın inkişafına da mane törədir”.
"Azərbaycan hökumətinin müsəlman ölkələri arasında islam həmrəyliyini gücləndirmək və təbliğ etmək istiqamətindəki səylərini dəstəkləyirik". Bu barədə də İqtisadi Əməkdaşlıq Təşkilatının İslamabadda keçirilən sammitinin yekununda qəbul olunan bəyannamədə deyilir. Bəyannamədə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi ili" elan edilməsi də yüksək qiymətləndirilib: “Üzv ölkələri Azərbaycanda "İslam Həmrəyliyi ili" çərçivəsində təşkil olunacaq tədbirlərdə, o cümlədən 4-cü İslam Həmrəyliyi Oyunlarında və may ayında keçiriləcək 4-cü Mədəniyyətlərarası Dialoq Forumunda aktiv iştirak etməyə çağırırıq”.
Xatırladaq ki, İslamabadda keçirilən sammitdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib. dair qərar qəbul edilib.