Bazar günü günü, 10 may 2026
     

Prezident Əliyev Pakistanda Azərbaycanın müsəlman həmrəyliyinə müstəsna önəm verdiyini bəyan etdi - FOTO / YENİLƏNDİ

Image


“İslamı terrorla əlaqələndirmək yanlış və qərəzli yanaşmadır”

 

Martın 1-də Pakistan İslam Respublikasının paytaxtı İslamabadda İqtisadi Əməkdaşlıq Təşkilatının XIII Sammiti keçirilib. Baki-xeber.com AZƏRTAC-a istinadən xəbər verir ki, Sammitdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib.

Sammitdə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri əvvəlcə rəsmi foto çəkdiriblər.

Zirvə görüşü “Qurani-Kərim”dən ayənin oxunması ilə başlayıb. Sammiti İqtisadi Əməkdaşlıq Təşkilatının XII Zirvə görüşünə ev sahibliyi edən və təşkilata sədrliyi həyata keçirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açıq elan edib.

Dövlət başçısı yüksək qonaqpərvərliyə və İqtisadi Əməkdaşlıq Təşkilatının XIII Sammitinin mükəmməl təşkilinə görə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Nəvaz Şərifə minnətdarlığını bildirib: “Azərbaycan 2006-cı və 2012-ci illərdə İqtisadi Əməkdaşlıq Təşkilatının iki Zirvə görüşünə ev sahibliyi edib. İqtisadi Əməkdaşlıq Təşkilatının 2012-ci ildə Bakıda keçirilmiş sonuncu Zirvə görüşündə ölkəmiz sədrliyi öz üzərinə götürmüşdü. Bu, bizim İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığa olan qəti sadiqliyimizin göstəricisidir. İqtisadi Əməkdaşlıq Təşkilatı xalqlarımızın mənafeyi naminə əməkdaşlıq üzrə siyasi iradəmizin məhsuludur. İqtisadi Əməkdaşlıq Təşkilatının uğurlu fəaliyyəti birgə maraqlarımıza cavab verir. Ölkələrimizin xalqlarını birgə tarix, mədəniyyət, ənənələr və din birləşdirir.

Sədrliyimiz dövründə Azərbaycan təşkilatımızın inkişafına və regional əməkdaşlığın dərinləşdirilməsinə böyük töhfə verib. İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan bütün dövlətlərlə gözəl münasibətə malik olduğundan Azərbaycan tərəfdaşları ilə istər ikitərəfli, istərsə də çoxtərəfli müstəvidə iqtisadi əlaqələrini möhkəmləndirib. Biz İqtisadi Əməkdaşlıq Təşkilatını yalnız Şərq və Qərb, Şimal və Cənub arasında fiziki körpü deyil, müxtəlif sivilizasiyaları və mədəniyyətləri birləşdirən məkan kimi təşviq etməkdə səylərimizi əsirgəməmişik.

Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatını əhəmiyyətli beynəlxalq qurum hesab edir. Əminəm ki, gələcəkdə beynəlxalq iqtisadi əməkdaşlıqda İqtisadi Əməkdaşlıq Təşkilatının rolu artacaq. 2013-cü ildə biz Qəzvin-Rəşt-Astara (İran)- Astara (Azərbaycan) dəmir yolu layihəsi üzrə İqtisadi Əməkdaşlıq Təşkilatının birinci yüksək səviyyəli işçi qrupunun iclasını təşkil etmişik. Bu, Şimal-Cənub dəhlizi layihəsinə olan yüksək səviyyəli marağın və siyasi dəstəyin göstəricisidir. Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının digər dövlətlərinə əlavə əməkdaşlıq imkanları yaradan bu layihənin öz üzərinə düşən hissəsini artıq başa çatdırıb. Həmin strateji istiqamətdə əməkdaşlığımızın davam etdirilməsi məqsədilə biz bu il İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələrinin dəmir yolu üzrə məsul nazirlərinin toplantısını təşkil edəcəyik.

Biz, həmçinin 2013-cü və 2014-cü illərdə enerji, regional inteqrasiya və sosial-iqtisadi inkişaf üzrə birinci və ikinci beynəlxalq konfransların təşəbbüskarı olmuşuq. Həmin konfranslarda İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığa xüsusi diqqət yetirilib. Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatı regionunda informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığa da sadiqdir və səylərimizin davamı olaraq ölkəmiz bu il aidiyyəti nazirlərin toplantısını təşkil etməyi planlaşdırır. Əminəm ki, həmin toplantının nəticələri ümumi məqsədlərimizə nail olunmasına töhfə verəcək. 2013-cü və 2014-cü illərdə biz iqtisadiyyat üzrə ixtisaslaşan elm adamlarının bir araya gələrək iqtisadi inkişaf və əməkdaşlıq məsələlərini müzakirə etmələri məqsədilə İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin iqtisadi beyin mərkəzlərinin birinci və ikinci Bakı forumlarını təşkil etmişik. Bundan əlavə, biz səhiyyə, bərpaolunan enerji, neft və qaz, vergi, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması və digər sahələrdə əməkdaşlığın gücləndirilməsi üçün müxtəlif tədbirlərə ev sahibliyi etmişik. 2012-ci ildən etibarən İqtisadi Əməkdaşlıq Təşkilatının sədri qismində Azərbaycan qurumun möhkəmləndirilməsi, beynəlxalq iqtisadi əməkdaşlıqda iştirakı və üzv dövlətlər arasında çoxtərəfli əlaqələrin təşviqi üçün səylərini əsirgəməyib”.

Sonra Prezident İlham Əliyev Pakistanın baş naziri Məhəmməd Nəvaz Şərifin İqtisadi Əməkdaşlıq Təşkilatının XIII Sammitinin sədri seçildiyini elan edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Pakistanın baş naziri Məhəmməd Nəvaz Şərif İqtisadi Əməkdaşlıq Təşkilatının XII Sammitindən ötən müddətdə görülən işləri yüksək qiymətləndirərək Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Budəfəki Sammitin təşkilatın genişləndirilməsinin 25 illiyinə təsadüf etdiyini deyən baş nazir hazırkı Zirvə görüşünün ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsində mühüm rol oynayacağını bildirib. O, Pakistanın bu quruma sədrliyi dövründə üzv ölkələr arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün səylə çalışacaqlarını vurğulayıb.

İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Xəlil İbrahim Akça da 2012-ci ildən bəri quruma yüksək səviyyədə sədrlik etdiyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. O, bu Sammitin ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi üçün mühüm fürsət olduğunu vurğulayıb. Ticarət, nəqliyyat, enerji, turizm, ərzaq təhlükəsizliyinin təmin olunması və digər sahələrdə əməkdaşlığın gücləndirilməsinin təşkilatın gündəliyində yenə də vacib yerdə dayandığını deyən baş katib BMT-də müşahidəçi statusuna malik olan İqtisadi Əməkdaşlıq Təşkilatının bu Zirvə görüşünün nəzərdə tutulan layihələrin həyata keçirilməsinə mühüm töhfə verəcəyinə əminliyini bildirib.

Prezident İlham Əliyev Azərbaycan ilə Pakistan arasında dostluq və qardaşlıq münasibətlərinin qarşılıqlı etimada və dəstəyə əsaslandığını vurğulayıb.

“Qarşılıqlı etimad və dəstəyə arxalanan münasibətlərimiz uğurla inkişaf edir. Qardaşlıq və həmrəyliyin göstəricisi kimi Pakistan ərazimizin 20 faizini işğal etməkdə davam edən Ermənistan dövləti ilə diplomatik münasibətlər qurmayıb. Azərbaycan xalqı buna görə sizə çox minnətdardır.

Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində fəaliyyətə böyük əhəmiyyət verir. 2012-ci ildə başlayan sədrliyimiz dövründə biz təşkilatın daha da gücləndirilməsi istiqamətində bütün üzv dövlətlərlə birgə çalışmışıq. Təhlükəsizliyin və sabitliyin təmin edilməsi regional əməkdaşlığın qurulmasının mühüm elementidir. Təəssüf ki, yeni münaqişələr yarandıqca regionumuzda təhlükəsizlik və sabitlik daha da kövrək olur. Biz insan faciəsinin şahidi oluruq. Çoxlu sayda insanlar həyatlarını itirir, milyonlarla insan doğma yurdlarını tərk edir.

Azərbaycan öz təcrübəsindən bu ağrı və acıları yaxşı anlayır. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi – tarixi torpağımız olan Dağlıq Qarabağ və ətraf yeddi rayonumuz işğal altındadır. Bu ərazilərdə etnik təmizləmə aparılıb və bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə bütün tarixi abidələrimiz, məscidlərimiz və qəbiristanlıqlarımız dağıdılıb. Ermənistan 1992-ci ildə Azərbaycana qarşı soyqırımı törədib. Xocalı soyqırımı nəticəsində qətlə yetirilən 613 mülki şəxsdən 106-sı qadın, 63-ü uşaq, 70-i isə qoca olub. Min nəfərdən çox insan itkin düşüb. Bu gün ondan artıq ölkə Xocalı soyqırımını tanıyıb. 2012-ci ildə Pakistan Senatının Xocalı soyqırımını rəsmən tanıdığına görə biz Pakistana təşəkkürümüzü bildiririk” – deyə Azərbaycan Prezidenti bildirib.

BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi dörd qətnaməni xatırladan Prezident bildirib ki, həmin qətnamələrdə Ermənistan silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz və dərhal çıxarılması tələb olunur: “İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, Qoşulmama Hərəkatı və digər mötəbər beynəlxalq təşkilatlar bənzər qətnamə və qərarlar qəbul edib. İslam Əməkdaşlıq Təşkilatının sonuncu Zirvə görüşündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və son olaraq, 2016-cı ilin aprel ayında Ermənistan tərəfindən Azərbaycana qarşı edilmiş təcavüzlə bağlı nazirlər səviyyəsində kontakt qrupu yaradılıb. Ermənistan bu qətnamələrə əməl etməli və ya sanksiyalara məruz qalmalıdır. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir.

Azərbaycan müsəlman ölkələri arasında həmrəyliyə xüsusi əhəmiyyət verir. Azərbaycan 2017-ci ili “İslam Həmrəyliyi İli” elan edib. İki aydan sonra Bakı IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək. Bu gün islamofobiya dünyada ən ciddi təhlükələrdən biridir. Biz bu tendensiyanı qəti şəkildə pisləyirik. İslamı terrorla əlaqələndirmək yanlış və qərəzli yanaşmadır. Terrordan ən çox əziyyət çəkən məhz müsəlman dövlətləridir. Biz sülh, mərhəmət, dözümlülük və ədalət dini olan İslamın dəyərlərinin təşviqini davam etdirməliyik.

Biz üzv dövlətlər arasında iqtisadi əməkdaşlığın gücləndirilməsinə xüsusi əhəmiyyət veririk. Qarşılıqlı ticarət və sərmayələrin artırılması, ixrac imkanlarının genişləndirilməsi və biznes dairələri arasında sıx əməkdaşlığın təşviqi bu məqsədə xidmət edəcək. Beynəlxalq maliyyə institutlarının cəlb olunması da böyük önəm daşıyır. Bu baxımdan İqtisadi Əməkdaşlıq Təşkilatı Ticarət və İnkişaf Bankının regional əhəmiyyətli layihələrin maliyyələşdirilməsində daha fəal rol oynaması üçün onun bütün ölkələrimiz tərəfindən dəstəklənməsinə ehtiyac var.

Nəqliyyat sahəsində əməkdaşlığın Azərbaycan üçün böyük əhəmiyyəti var. Azərbaycan ərazisi ilə Avropa və Asiya arasında strateji dəmir yolu əlaqəsinin yaradılması yüklərin daşınma vaxtını 30 gündən 15 günə endirəcək. Şərq-Qərb nəqliyyat dəhlizi tarixi İpək Yolunun bərpası deməkdir. Daha bir mühüm nəqliyyat layihəsi Şimal-Cənub dəmir yolu dəhlizidir. Azərbaycan hər iki strateji layihənin fəal iştirakçısı və sərmayəçisidir. Biz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətləri bu yeni infrastrukturun imkanlarından istifadə etməyə dəvət edirik. Azərbaycanda inşa edilən, Xəzər dənizinin ən böyük beynəlxalq dəniz ticarət limanı da nəqliyyat infrastrukturuna olan növbəti töhfədir.

Enerji əməkdaşlığı regional əməkdaşlıqda əhəmiyyətli rol oynayır. Azərbaycan yeni enerji strategiyası və enerji əməkdaşlığının yeni baxışını təqdim edib. Azərbaycan daha geniş regionun enerji təhlükəsizliyinin təmin edilməsində mühüm tərəfdaşa çevrilib. Biz Xəzər, Qara və Aralıq dənizlərini birləşdirərək şaxələnmiş boru kəmərləri infrastrukturunu yaratmışıq. Bu gün Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri regional əməkdaşlığın rəmzləridir. Hazırda ölkəmiz tərəfdaşları ilə birlikdə dəyəri 40 milyard dollar olan “Cənub Qaz Dəhlizi” layihəsini həyata keçirir. Bu, enerji əməkdaşlığı və enerji təhlükəsizliyi layihəsidir. Qeyd etdiyim nəqliyyat və enerji layihələri regionda on minlərlə yeni iş yeri yaradır. Bu layihələr firavanlıq gətirir. Bu, ölkələr arasında əməkdaşlığı və dostluğu möhkəmləndirir”.

Sammitdə digər çıxış edənlər İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin qarşıda duran məsələlərin həlli üçün səylərini bundan sonra daha da gücləndirmələrinin, iqtisadi əlaqələri möhkəmləndirməyin, qarşılıqlı investisiya yatırımlarının artırılmasının və səmərəli təkliflərin nəzərə alınmasının vacibliyini vurğulayıblar.

Tədbirin sonunda İslamabad Bəyannaməsi qəbul edilib.

Azərbaycan Prezidenti İlham Əliyevin Pakistana səfəri bu gün başa çatıb.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Prezident İlham Əliyev və Mehriban Əliyeva Şükürbəyli kəndinə köçən sakinlərlə görüşdü - FOTO/YENİLƏNDİ

Gürcüstanla Rusiya Zəngəzur dəhlizinə alternativ hazırlayır - qonşumuzdan yeni davranış...

Azərbaycandan keçən yollar Avrasiyada müharibələrdən təsirlənməyən yeganə marşrut oldu...

SON XƏBƏRLƏR

10.05.2026 / 00:28
Ermənilər işğalı dönəmində Qarabağda törətdiyi cinayətləri elə özləri ifşa edir - VİDEO

10.05.2026 / 00:14
Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı paylaşım edib

10.05.2026 / 00:10
Prezident Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar paylaşım edib

10.05.2026 / 00:03
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür

09.05.2026 / 23:10
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Şükürbəyli sakinləri ilə görüşündən görüntülər paylaşılıb - VİDEO

09.05.2026 / 22:53
Trampdan Roma ilə gərginliyi artıracaq açıqlama - ABŞ qoşunları İtaliyadan çıxarılır...

09.05.2026 / 22:17
Fars körfəzini fəlakətə sürükləyəcək iddia... ABŞ-ın vurduğu Xark adasında neft sızması aşkarlandı - sürətlə yayılır...

09.05.2026 / 19:35
Sabah Azərbaycandan Ermənistana 16 vaqon dizel göndəriləcək

09.05.2026 / 19:11
İran körfəz ölkələrini Hörmüzlə təhdid etdi - bu riskə getməyin...

09.05.2026 / 18:50
Mehriban Əliyeva Zəngilandan görüntülər paylaşıb - FOTO

09.05.2026 / 18:22
Prezident: "Yaşayışla, təhsillə bağlı məsələlər həll olunduqca, məşğulluq məsələləri də həll edilir"

09.05.2026 / 18:16
"Cəbrayılda bizim ən böyük Günəş elektrik stansiyaları inşa edilir" - Prezident

09.05.2026 / 17:45
Cəbrayılın Soltanlı kəndində “Şəfəq” yarımstansiyasının açılışı oldu - FOTO

09.05.2026 / 17:43
Prezident və Birinci xanım Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının binasının tikintisi ilə tanış olublar - FOTO

09.05.2026 / 17:40
ABŞ və İran gələn həftə İslamabadda görüşə bilər...

09.05.2026 / 17:38
Prezident İlham Əliyev və Mehriban Əliyeva Şükürbəyli kəndinə köçən sakinlərlə görüşdü - FOTO/YENİLƏNDİ

09.05.2026 / 17:28
Zaqatalada silahlı insident - restorandan çıxarkən qapıda güllələndi...

09.05.2026 / 17:20
Prezident və Birinci xanım Şükürbəyli kəndində fərdi evlərdə yaradılmış şəraitlə tanış olublar - FOTO

09.05.2026 / 17:11
Cəbrayılın Şükürbəyli kəndinin açılışı oldu - FOTO

09.05.2026 / 17:07
Putin qələbə paradında NATO-nu hədəf aldı, Kimdən də dəstək gəldi...

09.05.2026 / 16:13
BTQ Fransadan BMT-nin çağırışlarına dərhal əməl etməyi tələb etdi...

09.05.2026 / 15:40
“Bakı-Xankəndi” velosiped yarışının mükafat fondu açıqlandı - 50 min avrodan çox...

09.05.2026 / 15:12
"Müharibə qabaqdadır" - Ohanyan yenə sarsaqladı...

09.05.2026 / 14:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Cəbrayıla səfər ediblər

09.05.2026 / 13:55
Suraxanıda 12 kiloqram narkotik aşkarlanıb - VİDEO

09.05.2026 / 13:11
DİN-in şəxsi heyəti Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO/VİDEO

09.05.2026 / 12:28
Qobustanda elektrik stansiyası ərazisində güclü yanğın olub

09.05.2026 / 12:02
Tərtərdə gənc oğlan asma bronxid xəstəliyindən ölüb

09.05.2026 / 11:55
Prezident Birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycan övladlarının xatirəsini ehtiramla anıblar - FOTO

09.05.2026 / 11:52
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər - FOTO

09.05.2026 / 11:25
Azərbaycan Tibb Universiteti Yozqat Bozok Universiteti ilə əməkdaşlığa başlayır

09.05.2026 / 11:16
2 cüdoçumuz "Böyük Dəbilqə" turnirində mübarizəyə başlayır

09.05.2026 / 11:03
Azərbaycandan Ermənistana 8 vaqon dizel göndərildi

09.05.2026 / 10:59
Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlandı

09.05.2026 / 10:11
Yol Polisi qeyri-iş günləri ilə bağlı sürücülərə müraciət etdi

09.05.2026 / 06:39
Bu gün QƏLƏBƏ günüdür

09.05.2026 / 06:28
Paşinyan Ermənistanın Qarabağ iddiasını ölümcül səhv adlandırdı

09.05.2026 / 06:14
İran BMT-yə çağırış etdi - “ABŞ-ı qınayın”…

09.05.2026 / 06:04
Trampı tabutda təsvir etdi, altına “kaş ki…” yazdı - Ağ Ev şokda…

08.05.2026 / 23:06
ABŞ UFO-larla bağlı arxivləri açdı – ŞOK GÖRÜNTÜLƏR...

08.05.2026 / 21:22
Fransa Hindistandan Gürcüstana Ermənistan üzərindən dəhliz çəkir...

08.05.2026 / 20:45
Ermənistan ordusunu qurmaq Fransanın prioriteti elan olundu...

08.05.2026 / 20:07
Rusiya XİN Paşinyandan qisas alınacağını rəsmi bəyan etdi... “Zelenski...”

08.05.2026 / 19:44
Gənc istedadın ilk fərdi sərgisi açıldı - FOTO

08.05.2026 / 19:18
ABŞ Ukrayna müharibəsində vasitəçilikdən imtina edir – danışıqlar dalana dirənib...

08.05.2026 / 18:59
İran Hörmüz boğazında nəhəng neft tankerini ələ keçirdi...

08.05.2026 / 18:41
Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu

08.05.2026 / 18:25
Bakı Təşəbbüs Qrupunun hesabatı BMT-ni hərəkətə keçirdi - Kanaki ilə bağlı Fransaya xəbərdarlıq edildi...

08.05.2026 / 18:02
Mingəçevir Dövlət Universitetində “MSU First Green Sports Festival”a hazırlıq işləri yekunlaşmaq üzrədir

08.05.2026 / 17:50
Tramp İranın “atom bombası məsələsində” Roma papasını açıq şərlədi...

08.05.2026 / 16:58
Türk Mətbəxi Həftəsi 2026-nın mövzusu açıqlanıb: - “Bir Süfrədə Miras”

08.05.2026 / 16:57
ABŞ-ın İranla müharibəsi Rusiyanı çökdürür...

08.05.2026 / 16:46
Rusiya “İranın ağzından" Ermənistanı hədələməyə başladı...

08.05.2026 / 16:06
ABŞ-da bir banka zəng vuran Roma Papası şoka düşdü - "filiala gəl" deyib, telefonu üzünə bağladılar...

08.05.2026 / 15:33
Cəsur oğullar vətəni elə vəsf edirlər ki...

08.05.2026 / 15:15
Xanlar Vəliyevin qızına yeni vəzifə verildi

08.05.2026 / 14:46
Dünya Putinin 9 mayını boykot etdi...

08.05.2026 / 14:32
Etibarsız nikah hansı halda etibarlı sayıla bilər? - Ali Məhkəmədən qərar...

08.05.2026 / 14:18
Rusiyanın “1-ci” kanalından Azərbaycana qarşı təxribat - Rəsmi Bakı Moskvadan izahat istədi...

08.05.2026 / 13:55
Tramp Pekinə əlində İranla razılaşma (?) sənədi ilə getmək istəyir - maraq nədir...

08.05.2026 / 13:46
ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN TÜRKİYƏ-ERMƏNİSTAN MÜNASİBƏTLƏRİNƏ BAXIŞI

08.05.2026 / 13:45
Hindistanla Pakistan müharibə ərəfəsində... Düz bir il ötdü...

08.05.2026 / 13:27
Türkiyənin 3 düşməni məkrli plana başladı - vaxtilə İran və İraqa da bunu edirdilər...

08.05.2026 / 13:26
Kreml Almaniyanın dövlət kimi mövcudluğunu qanunsuz elan etdi...

08.05.2026 / 13:06
Səhiyyə Nazirliyindən hantavirusla bağlı açıqlama....

08.05.2026 / 12:50
ABŞ şahzadə Salmanı "Sultan inadından" necə döndərdi...

08.05.2026 / 12:50
Tramp İrana sərt xəbərdarlıq etdi - razılaşmanı imzalamasalar...

08.05.2026 / 12:37
Ermənistanda müxalifətlə iqtidarın "göbələk davası" başlayıb...

08.05.2026 / 12:30
DƏNİZ, MUSİQİ, SÖZ SƏLTƏNƏTİNDƏN YARANAN POEZİYA

08.05.2026 / 12:24
Nazir Vilayət Eyvazov İmişlidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO/VİDEO

08.05.2026 / 12:21
"Azərbaycanda etnik və dini müxtəliflik milli sərvət kimi qorunur" Prezident

08.05.2026 / 12:19
Xudatda əvvəllər işlədiyi elektronika mağazasını soyan şəxs tutuldu

08.05.2026 / 12:18
Hörmüz boğazından keçən gəmilər SEPAH- ın 40 sualına dəqiq cavab verməlidir... “Yalan məlumat verilsə...”

08.05.2026 / 12:15
Prezident İlham Əliyev Roma Papası XIV Leonu Tacqoyma Günü münasibətilə təbrik edib

08.05.2026 / 12:02
MAQATE İranın zənginləşdirilmiş uranı harada gizlətdiyini bilir...(?)

08.05.2026 / 12:00
Qanunsuz mərc oyunları ilə xaricə ötürülən milyardlarda iri məmur əli var...

08.05.2026 / 11:55
Fransada uşaqları əllərindən alınan ailə 9 ay sonra övladlarını qovuşdu...

08.05.2026 / 11:46
Rusiya XİN Avropa Parlamentinin Azərbaycan qətnaməsinə bicliklə eyham vurdu...

08.05.2026 / 11:33
At DNT-si tapılmış “Alp Delux” restoranına niyə cinayət işi açılmadı...

08.05.2026 / 11:17
ABŞ ilə İran 30 günlük Memorandum imzalamağa hazırlaşır...

08.05.2026 / 11:10
ABŞ kəşfiyyatından Trampın “bitdi” dediyi İran ordusu ilə bağlı ŞOK İDDİA – 40 günlük bombardman və blokada işə yaramadı...

“Böyük qayıdış” müasir şəhərsalma mədəniyyətinə böyük töhfələr verir...

XƏBƏR ARXİVİ