Ermənistan və Azərbaycan qoşunlarının qarşıdurma xəttində gərginliyin artması ilə bağlı bütün məsuliyyət Ermənistanın üzərinə düşür. Trend-in məlumatına görə, bunu Türkiyə Böyük Millət Məclisində çıxışı zamanı Türkiyənin müxalif Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Bahçeli deyib.
O bildirib ki, artıq Dağlıq Qarabağ probleminin ədalətli həllinin vaxtı çatıb: “Ermənistan atəşkəs rejimini pozmağı dayandırmalı və qoşunlarını işğal olunmuş Azərbaycan torpaqlarından çıxarmalıdır”.