Fransalı vəkil Olivye Pardo tərəfindən Fransa hakimiyyətinin Xocalı soyqırımını tanıması üçün petisiya təqdim edilib. Trend-in məlumatına görə, petisiya change.org saytında dərc olunub və ölkə hakimiyyətinə müraciət olunub.
Petisiyada deyilir: "Bəzi fransalılar Xocalı faciəsi barədə məlumatlıdırlar, lakin Fransa hakimiyyəti bu hadisədən xəbəri olsa da, günahkarların məsuliyyətə cəlb olunması zərurətindən yayınmaq üçün susmağa üstünlük verir".
APA-nın məlumatına görə, “Change.org” saytında açılan petisiyanı imzalayanların sayı 8 mini keçib.
Petisiyada göstərilir ki, 1992-ci ilin 26 fevralında Azərbaycanın Dağlıq Qarabağ regionunda yerləşən Xocalı şəhərində ermənilər tərəfindən törədilmiş qətliam nəticəsində 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirilib, 1275 sakin girov götürülüb, 150 nəfərin taleyi isə bu günədək naməlum qalır.
Təəssüflə qeyd edilir ki, Fransa ictimaiyyətinin bu faciə haqqında az məlumatı var: “İnsan hüquqlarının ənənəvi müdafiəçisi, müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərin tanınmasına böyük önəm verən dövlət kimi Fransa bu soyqırıma münasibətdə fərqli mövqe tutmamalıdır”.
Petisiyada Fransa hökumətinə və beynəlxalq təşkilatlara müraciət edilərək Xocalı soyqırımının tanıdılmasına çağırış edilir.
Petisiyanı BURADAN imzalayın.