Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində düşmənlə döyüş toqquşmasında yaralanan əsgər Əhmədov Elvin Süleyman oğlu dünyasını dəyişib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, yaralı dərhal hərbi tibb müəssisəsinə çatdırılsa da, bütün təxirəsalınmaz tədbirlərin görülməsinə və həkimlərin səyinə baxmayaraq, onu ölümün pəncəsindən almaq mümkün olmayıb.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir.
Baki-xeber.com