Bazar ertəsi günü, 26 oktyabr 2026
     

Ermənilərin Vaşinqtonda, Parisdə Xocalı anım tədbirlərini pozmaq cəhdləri uğursuzluğa düçar oldu - FOTO

Image


Böyük Britaniyanın Aberdin şəhərində “Aberdin Azərbaycan Cəmiyyəti”nin təşkilatçılığı ilə Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

Baki-xeber.com-un məlumatına görə, mərasimdə “Aberdin Azərbaycan Cəmiyyəti”nin üzvləri, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

“Aberdin Azərbaycan Cəmiyyəti”nin sədri, Aberdin Universitetinin tələbəsi Kənan Əliyev Xocalı faciəsinin Azərbaycan tarixində unudulmaz, dəhşətli və qanlı hadisələrdən biri olduğunu bildirib. O, erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilmiş, dünyada misli görünməmiş vəhşilik və qəddarlığın Xatın, Xirosima və digər faciələrlə bir sırada dayandığını vurğulayıb. K.Əliyev Ermənistan tərəfindən ölkəmizə və xalqımıza qarşı aparılan işğalçılıq və etnik təmizləmə siyasətindən və onun ağır nəticələrindən danışıb. Xocalı soyqırımı qurbanlarının xatirəsinin hər il Azərbaycanda və dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız və diaspor təşkilatları tərəfindən anıldığı bildirilib.

Cəmiyyətin sədri çıxışında daha sonra, Xocalı şəhərində törədilmiş vəhşilikləri insanlığa sığmayan dəhşətli soyqırım cinayəti kimi dəyərləndirərək, bu soyqırıma ilk dəfə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra siyasi-hüquqi qiymət verilməsini xüsusi vurğulayaraq günahkarların cəzalandırılmasının vacibliyini bildirib. Sonda tədbir iştirakçılarına Xocalı soyqırımı ilə bağlı materiallar təqdim edilib.

 

Vaşinqtonda erməni təxribatının qarşısı alındı

Fevralın 26-sı Vaşinqtonda Azərbaycanın səfirliyi qarşısında bir qrup erməni təxribatçı aksiya keçirməyə çalışıb və həmvətənlərimiz bu təxribata layiqli cavab verib. Ermənistan hakimiyyətinə bağlı erməni lobbist təşkilatlarının təşəbbüsü və dəstəyi ilə təşkil edilən və az sayda iştirakçının qatıldığı aksiyada əsas diqqət “Sumqayıt hadisələri” ilə bağlı guya Azərbaycan tərəfinə etirazın bildirilməsi və ölkəmizə qarşı təxribatçı şüarların səsləndirilməsi olub.

Sözügedən aksiyadan xəbər tutan Azərbaycan diasporunun üzvləri həmin təxribata qarşı aksiya keçirərək Qarabağın əzəli Azərbaycan torpağı olduğu, Ermənistanın işğalçı dövlət kimi Azərbaycan torpaqlarını dərhal boşaltması, Ermənistan hakimiyyətinin Xocalıda törətdiyi əməllərə görə cinayət məsuliyyətinə cəlb olunmasına yönəlmiş çağırışlar edərək erməni aksiyasını uğursuz vəziyyətə salıb. Soydaşlarımızın səsləndirdiyi Əsgər Marşı və Dövlət Himni sədaları altında erməni təxribatçı qrupu dağılışmaq məcburiyyətində qalıb.

Erməni lobbistlərinin bu təxribatçı aksiyasının əsas məqsədi Azərbaycan tərəfindən Xocalı qətliamı barədə həqiqətlərin ABŞ-da tanıdılması üçün bir çox şəhərlərdə həyata keçirdiyi çoxsaylı tədbirlərdən diqqəti yayındırmaqdır. Aksiyanın Xocalı soyqırımının ildönümü günü təşkil edilməsi də bunu bir daha göstərir.

 

İzmirdə Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılıb

Türkiyənin İzmir şəhərinin Karabağlar rayonu ərazisində yerləşən “Azərbaycan–Qarabağ–Xocalı” Parkında Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin açılışı olub. Açılış mərasimində rəsmi şəxslər, Azərbaycan və Türkiyədən millət vəkilləri, tanınmış ziyalılar, İzmir ictimaiyyətinin görkəmli nümayəndələri, bu bölgədə yaşayan və işləyən Azərbaycan vətəndaşları, Karabağlar rayonunun sakinləri, QHT və KİV təmsilçiləri iştirak ediblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləndən sonra Xocalı soyqırımının dəhşətlərini əks etdirən film nümayiş olunub.

Açılışdan əvvəl “Azərbaycan–Qarabağ–Xocalı” Parkında keçirilən toplantıda Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev, Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, Milli Məclisin deputatları Aydın Hüseynov və Qənirə Paşayeva, Türkiyə Böyük Millət Məclisinin deputatı Sadettin Bayır, Karabağlar rayon bələdiyyəsinin sədri Muhittin Selvitopu və başqaları çıxış ediblər. Çıxışlarda Xocalı soyqırımının səbəbləri, bu cinayəti törədən erməni vandalların iyrənc məqsədləri, bu faciənin dünya birliyi tərəfindən soyqırımı aktı kimi tanınması istiqamətində görülən işlərin vəziyyəti və qarşıda duran vəzifələrdən bəhs olunub. Əminliklə ifadə olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə günbəgün qüdrətlənən Azərbaycan Ordusu düşmənə qalib gəlmək üçün bütün imkanlara malikdir.

İştirakçılar abidənin önünə qərənfillər düzüb, soyqırımı qurbanlarının ruhuna dualar oxuyublar.

Mərasimdən əvvəl Azərbaycan nümayəndə heyəti ilə Karabağlar rayon bələdiyyəsinin sədri Muhittin Selvitopu arasında görüş olub. Görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı və perspektivləri yüksək qiymətləndirilib. Vurğulanıb ki, bölgədə sülhə və əmin-amanlığa zəmin yaradan Azərbaycan-Türkiyə qardaşlığı bundan sonra da əzmlə qorunacaq.

 

Sidneyə Xocalı soyqırımının qurbanları anılıb

Avstraliyanın Sidney şəhərində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib. Trend-in məlumatına görə, Azərbaycanın Avstraliyada fəxri konsuluğu tərəfindən təşkil edilən tədbirdə Avstraliya parlamentinin deputatı Kreyq Kelli və sənaye və elm naziri müavini Kreyq Londi, Türkiyənin Sidneyda baş konsulu Melih Karalar, Sidneydaki azərbaycan və türk diasporları təmsilçiləri, ictimai xadimlər, şəhər sakinləri iştirak ediblər.

Tədbirdə həmçinin, Azərbaycan-Avstraliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Milli Məclisin deputatı Xanlar Fətiyev və Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə iştirak ediblər.

Azərbaycanın müstəqilliyi, torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən millət vəkili X.Fətiyev bildirib ki, erməni milətçiləri öz çirkin əməllərindən əl çəkməyərək təmas xəttində yenidən gərginliyi artırır, atəşkəs rejimini mütəmadi olaraq pozurlar.

X.Fətiyev çıxışında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sözlərini xatırlayaraq qeyd edib ki, Azərbaycan heç vaxt öz ərazisində ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcək, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapacaq, ölkəmizin ərazi bütövlüyü bərpa ediləcək.

Tədbirdə çıxış edən millət vəkili A.Mollazadə çıxışında vurğulayıb ki, bu gün o qorxunc hadisənin - Xocalı soyqırımının 25-cü ildönümüdür. Bakıda bu qanlı faciənin ildönümündə minlərlə insanlar küçələrə toplaşaraq Xocalı soyqırımı qurbanlarını xatirəsini yad etmək üçün yürüş ediblər. Xocalı soyqırımının Azərbaycan xalqının tarixində XX əsrin sonunda baş vermiş ən dəhşətli faciələrdən olduğunu bildirən millət vəkili Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırda bölgə üçün ən böyük təhlükə mənbəyi olduğunu bildirib.

Türkiyənin Sidney şəhərində baş konsulu M.Karalar Xocalı soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırmaq işində türk diasporunun rolundan danışıb. O qeyd edib ki, Xocalı soyqırımı heç zaman unudulmayacaq, şəhidlərin qanı yerdə qalmayacaq.

Avstraliya parlamentinin deputatı hökmətinin sənaye və elm nazir müavini K.Kelli qeyd edib ki, Xocalı soyqırımı kimi hadisələrin təkrarlanmaması üçün dünya ictimaiyyəti həqiqətləri bilməlidir. O, bu həqiqətlərin çatdırılması üçün Avstraliyadaki Azərbaycan diasporunun rolunun çox yüksək olduğunu bildirib. K.Kelli Azərbaycana səfərini xatırlayaraq olkəmizin müasirliyindən, tolerantlığından və qonaqpərvərliyindən danışıb.

Avstraliya hökmətinin sənaye və elm nazir müavini K.Landi Xocalı soyqırımını törədənlərini pisləyib. O, Azərbaycan və Türkiyə diasporlarının rolundan danışıb.

Tədbirdə həmçinin, Azərbaycanın Avstraliyadakı fəxri konsulu Aydan Rzayeva, Azərbaycanın Avstraliyadakı səfirliyinin təmsilçisi Elcan Həbibzadə, Avstraliya-Azərbaycan Dostluq Cəmiyyətinin prezidenti Con Hammond və digərləri çıxış ediblər.

 

Nyu Yorkda da Xocalı soyqırımının qurbanları anılıb

Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Ermənistanın BMT-dəki daimi nümayəndəliyi və BMT-nin baş qərargahı qarşısında etiraz aksiyası keçiriblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Nyu-York Azərbaycan-Amerika Qadın Cəmiyyəti və Azərbaycan Nyu-York Assosiasiyasının birgə təşkil etdiyi aksiyada Azərbaycan həqiqətlərinin əks olunduğu plakatlar, şəkillər nümayiş etdirilib, şüarlar səslənib və Xocalı soyqırımı haqqında ətraflı məlumatın əks olunduğu vərəqələr yerli əhaliyə paylanılıb.

Nyu-York Azərbaycan Evində isə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb. Tədbirdə Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin rəhbəri, səfir Yaşar Əliyevin, nümayəndəliyin əməkdaşları, Azərbaycanın ABŞ-dakı səfirliyinin təmsilçiləri, Nyu-Yorkda fəaliyyət göstərən müxtəlif icmaların nümayəndələri – Türkiyə Amerika Dərnəkləri Federasiyasında Hayal Erdoğan, yəhudi icmasından Yakov Abr amov və Pinkhas Avshalumov, Cefri Verbax və Nyu Yorkda yaşayan soydaşlarımız iştirak edib.

Tədbiri giriş sözü ilə Azərbaycan Evinin rəhbəri Minəvvər Vahabova açaraq Xocalı faciəsinin heç zaman unudulmaması üçün həmvətənlərimizin bir olmasının vacibliyini söyləyib. Səfir Yaşar Əliyev də öz çıxışında şəhidlərin Vətən uğrunda canlarından keçməsini Azərbaycan tarixində qürur səhifəsi adlandırıb.

Tədbirin sonunda litvalı rejissor Andreas Broksanın çəkdiyi "Sonsuz dəhliz" (Endless corridor) sənədli filmi nümayiş etdirilib.

 

Ermənilərin Parisdə uğursuz cəhdi...

Fevralın 26-da erməni ekstremistlərindən ibarət bir qrup gənc Parisdə Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş konsertin keçirildiyi “Église Saint-Roch” kilsəsi yaxınlığında zorakı üsularla etirazlarını nümayiş etdirməyə cəhd göstəriblər. Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) verilən məlumata görə, etirazçılar kilsəni mühasirəyə almaq və iştirakçıların konsert məkanına daxil olmalarını əngəlləmək üçün ciddi cəhdlər göstərib və nəticədə qonaqlar arxa girişdən istifadə etməyə məcbur olublar. Ekstremistlər kilsəyə daxil olmağa çalışan yaşlı bir qadını yerə yıxıblar. Ermənilərin qışqırıqları konsert başlamazdan öncə eşidilsə də, gözəl musiqi və iştirakçıların gürultulu alqışları bu səsləri asanlıqla boğurdu.

300 qonağın iştirak etdiyi konsert iştirakçıları arasında Azərbaycanın Fransadakı fövqəladə və səlahiyyətli səfiri Elçin Əmirbəyov, Azərbaycanın UNESCO-dakı səfiri Anar Kərimov və Azərbaycan Dostları Assosiasiyasının prezidenti, millət vəkili Jan-Fransua Mansel olub.

Konsertdə görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Elegiya”, Xəyyam Mirzəzadənin “Bərzani” və ispan bəstəkarı Enrike Qranadosun “Orientale” adı əzəmətli və ecazkar əsərləri “Quatuor Chagall” kvarteti tərəfindən ifa edilib.

Konsert fransız bəstəkarı Pyer Tilloyun həmin faciəli gecənin dəhşətlərindən xəbər verən “Xocalı 613” simfonik poemasının ifa edilməsi ilə başa çatıb. Əsər skripka, klarnet və simli alətlər kvartetinin əsgər yürüşü, fəryad, pulemyot atəşi və milli musiqini tərənnüm etməklə güclü təsir yaradır. P.Tilloyun bəstəsini azərbaycanlı skripkaçı Nəzrin Rəşidova, latviyalı klarnet ifaçısı Anna Gagane və “Quatuor Chagall” kvarteti ifa edib.

Avropa Azərbaycan Cəmiyyətinin Fransa ofisinin direktoru Marie-Laetitia Gourdin bildirib: “Musiqi susmaq mümkün olmayanda bildirə bilmədiklərini ifadə edir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qızqın vaxtında Xocalı şəhərini işğal edənlər mülki əhalinin şəhərdən qaçmaq istəyən zaman kütləvi qırğına məruz qoyublar. Kişi, qadın, uşaq və qocalar da daxil olmaqla, ümumilikdə 613 nəfər həlak olmuşdur.

Bu kədərli müharibə cinayəti nasistlərin 1944-cü ildə Normandiyanın işğalından sonra Oradour-sur-Glane kəndinin əhalisinə qarşı törətdiklərini xatırladır.

BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğalçı siyasətini pisləyən dörd qətnamə qəbul etməsinə baxmayaraq, Ermənistan bu günə qədər Dağlıq Qarabağ və ona bitişik yeddi rayonun işğal altında saxlamaqda davam edir. Bir milyona yaxın qaçqın və məcburi köçkün Azərbaycanın müxtəlif yerlərində məskunlaşıblar. Bugünki musiqili anım gecəsi Xocalı şəhidlərinin əziz xatirəsinə və yalnız bir arzusu – evlərinə qayıtmaq istəyi olan azərbaycanlılara həsr olunmuşdur”.

 

İtaliyanın bir sıra şəhərlərində Xocalı aksiyaları...

İtaliyanın bir sıra şəhərlərində Xocalı soyqırımı ilə bağlı məlumatlandırma aksiyaları keçirilib. Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar İtaliyanın Roma, Milan, Piza, Rimmini və Pavia kimi şəhərlərinin əsas meydanlarında Azərbaycan-İtaliya Gənclər Assosiasiyasının (AİGA) tərəfindən məlumatlandırcı aksiyalar təşkil olunub.

Aksiyalarda İtaliyada təhsil alan azərbaycanlı tələbələr, habelə bu ölkədəki Azərbaycan diaspor nümayəndələri iştirak ediblər. Aksiyaların məqsədi İtaliya ictimaiyyətini Xocalı soyqırımı barədə məlumatlandırmaq, Ermənistan tərəfindən mülki azərbaycanlılara qarşı törədilmiş soyqırım və digər cinayətlər barədə həqiqətləri yaymaq olub.

Aksiya iştirakçıları üzərində “Xocalıya ədalət!”, “Dünya Xocalı soyqırımını tanımalıdır!”, “Xocalı unudulmamalıdır!” və digər bu səpgidə şüarlar yazılmış plakatlar tutaraq, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi təcavüzkar siyasətə son qoyması, Xocalıda törədilmiş soyqırımın baiskarlarının cəzalandırılması və soyqırıma siyasi-hüquqi qiymət verilməsi ilə bağlı çağırışlar ediblər.

Romada keçirilmiş aksiya zamanı Xocalı qurbanlarına həsr edilmiş musiqili bədii kompozisiya da səsləndirilib.

Aksiyalara maraq göstərən şəxslərə Xocalı soyqırmını əks etdirən broşürlər və bukletlər paylanılıb.

 

Kopenhagendə Xocalı soyqırımı ilə bağlı etiraz aksiyası keçirilib

Kopenhagendə Azərbaycan və türk diaspor təşkilatları Xocalı soyqırımı ilə bağlı etiraz aksiyası keçirib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Xocalı soyqırımını dünya ictimaiyyətinə tanıtmaq və soyqırımı aktı kimi qəbul etdirmək məqsədilə “Vətən” Cəmiyyəti Danimarkanın paytaxtı Kopenhagenin mərkəzi meydanın etiraz mitinqi təşkil edib.

Faciənin 25-ci ildönümünə həsr olunan aksiyada Türkiyənin Danimarkadakı səfiri Mehmet Dönmez, Azərbaycan, türk, türkmən və digər icmaların rəhbərləri, media nümayəndələri iştirak edib.

Azərbaycan himninin səslənməsi və soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra cəmiyyətin sədri Səfər Sadiqi aksiyanın məqsədi və əhəmiyyəti barədə danışıb. Qeyd edib ki, Xocalı soyqırımından 25 il keçməsinə baxmayaraq, beynəlxalq təşkilatlar hələ də bu faciəyə siyasi-hüquqi qiymət verməyib. S.Sadiqi dünya ictimaiyyətini Xocalı soyqırımına laqeyd qalmamağa çağırıb, kütləvi qırğını törədənlərin məsuliyyətə cəlb olunmasını tələb edib.

Səfir M.Dönmez isə çıxış edərək Xocalı faciəsini insanlığa qarşı törədilmiş cinayət kimi qiymətləndirib.

Aksiyada şəhər sakinlərinə və qonaqlara Xocalı soyqırımı, Azərbaycan həqiqətlərini əks etdirən müxtəlif dillərdə bukletlər paylanılıb.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

26.10.2026 / 09:54
Husilər günlər sonra işini bərpa edən Ər-Riyad hava limanını yenə vurdu…

26.10.2026 / 09:37
Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edildi - VİDEO

26.10.2026 / 09:24
Lula da Silva yenidən Braziliya prezidenti seçildi

26.10.2026 / 09:12
Həkimlərin maaşına 25 faizədək əlavə... Kimlərə nə qədər ödənilir?

26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ