Qətər Dövlətində rəsmi səfərdə olan Prezident İlham Əliyev fevralın 26-da Dohada “Qatar Petroleum”un prezidenti və icraçı direktoru Saad Şerida al-Kaabi ilə görüşüb.
Baki-xeber.com-un prezident.az saytına istinadən xəbərinə görə, görüşdə Azərbaycanla “Qatar Petroleum” arasında əməkdaşlıq imkanları müzakirə edilib, bir sıra layihələrdə birgə iştirakın mümkünlüyü vurğulanıb. “Qatar Petroleum”un gələcəkdə Xəzər dənizində və ya SOCAR-ın digər ölkələrdə həyata keçirdiyi layihələrdə Azərbaycanla birgə iştirakı məsələləri ətrafında fikir mübadilsi aparılıb.