Bazar ertəsi günü, 26 oktyabr 2026
     

Əli Həsənovun Xocalı həqiqətlərini tarixdə sanballı mənbə kimi saxlayacaq iki kitabının təqdimatı keçirildi

Image


Fevralın 25-də Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənovun Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş “Xocalı soyqırımı: səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması” və “Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri” kitablarının təqdimatı keçirilib.

“Trend”-in məlumatına görə, dövlət və hökumət rəsmilərinin, Milli Məclisin deputatlarının, tanınmış elm və mədəniyyət xadimlərinin, KİV təmsilçilərinin iştirak etdiyi tədbirdə torpaqlarımızın azadlığı uğrunda şəhid olan Vətən övladlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Kitabların müəllifi, Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənov tədbirdə çıxışı zamanı bildirib ki, bu kitabların ərsəyə gəlməsi və bugünkü təqdimat Azərbaycan Prezidenti cənab İlham Əliyevin Xocalı soyqırımının 25-ci ildönümü haqqında imzaladığı sərəncama müvafiq olaraq həyata keçirilir: “Bilirsiniz ki, bu sərəncam çərçivəsində Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev “Xocalı soyqırımının iyirmi beşinci ildönümünün keçirilməsinə dair tədbirlər planı” imzalayıb. Bu tədbirlər planında da Xocalı soyqırımının öyrənilməsi, təbliğatı, bizim beynəlxalq aləmə çatdırmaq istədiyimiz hədəflər və digər məsələlər müəyyən olunub”.

Ə.Həsənov qeyd edib ki, hər iki kitabın mətni yığcam şəkildə 30 səhifədən, yəni məqalələrdən ibarətdir: “Əvvəlki illərdə bu kitabların məzmununu ayrı-ayrı ölkələrin jurnallarında, qəzetlərində, bu və ya digər formada nəşr etdirmişəm. Amma bunların kitab halına salınması, 8 dildə bu auditoriyaya və bundan sonra dünya ictimaiyyətinə təqdim olunması ayrıca iş, ayrıca təşəbbüsdür. Dünya ictimaiyyətinə azərbaycanlıların 200 ildən artıq müddətdə başına açılan oyunla bağlı demək istədiklərimizi bu kitablarda qeyd etmişik və demək istədiklərimizi təsdiq edən çox dəyərli sənədlər, materiallar toplanıb”.

Prezidentin köməkçisi deyib ki, 2000 tirajla nəşr edilən kitabların elektron variantı da buraxılacaq: “Əsas odur ki, biz demək istədiklərimizi yığcam, sistemli şəkildə butün dünya ictimaiyyətinə çatdırırıq. Bu məsələdə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkür edirəm".

Ə.Həsənov qeyd edib ki, ən əsası, bu kitablar düşmənçilik, qısasçılıq aşılamır. Bu kitablarda silahlanaraq Ermənistan xalqından qısas almaq barədə heç bir çağırış yoxdur: “Ermənistan xalqı özü bugünkü cinayətkar Ermənistan rejimindən az çəkməyib. Bəlkə bizdən daha çox onlar çəkib və çəkməkdə də davam edirlər. Bu gün Ermənistan xalqı bu cinayətkar rejimin qurbanına və girovuna çevrilib. Ona görə də bu kitablarda bir sülh çağırışı var, eyni zamanda bu kitablar həmin cinayətləri törədən insanları dünyaya tanıdır. Ona görə tanıdır ki, bu insanlar bir daha belə cinayət törətməyə cəhd etməsinlər, dünya ictimaiyyəti belə cinayətkarları tanısın və onların qarşısını zamanında alsın. Bu kitablarda Cənubi Qafqaz xalqları arasında mehriban qonşuluğa bir çağırış siyasəti var. Eyni zamanda biz Xocalı soyqırımını, bu soyqırımda qətlə yetirilmiş günahsız insanların xatirəsini unuda bilmərik. İstəyirik ki, bütün bəşəriyyət bu insanların əzab-əziyyəti ilə tanış olsun, onu törədənlərə nifrət etsin”.

“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri, Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi elmlər doktoru Elçin Əhmədov tədbirdə çıxışı zamanı bildirib ki, kitablarda Azərbaycanın qədim ərazisi olan Xocalının işğal olunmasının səbəbləri və nəticələri haqqında kifayət qədər faktlar var. Onun sözlərinə görə, kitablar çoxmilyonlu oxucu auditoriyası baxımından mühüm əhəmiyyət kəsb edəcək, eləcə də gələcək tədqiqatlarda mühüm mənbə bazası rolunu oynayacaq.

Millət vəkili Musa Qasımlı isə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, görkəmli elm adamı, professor Əli Həsənovun qələmindən çıxan hər iki kitabı Azərbaycanın siyasətşünaslıq elmində ciddi hadisə hesab edir: “Kitablarda siyasi tarix ədəbiyyatımızda ilk dəfə olaraq ermənilərin Azərbaycan torpaqlarına gətirilməsi, yerləşdirilməsi, imkan qazandıqdan sonra azərbaycanlılara qarşı törətdikləri soyqırımlar çox sistemli şəkildə öz əksini tapıb. Bu bizim elm adamlarımıza bir istiqamət verir. Hesab edirəm ki, bu əsərlər bizim siyasi tarix elmimizdə hadisədir, cənab Prezident İlham Əliyevin hücum diplomatiyası takstikasını həyata keçirməkdə çox ciddi bir addımdır və bütün tarixçilərə, siyasi tarixlə məşğul olanlara, jurnalistlərə bir örnəkdir”.

Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib ki, Dağlıq Qarabağ problemi Azərbaycanın həm xarici siyasətini müəyyənləşdirən, həm də daxili siyasətinin əsasını təşkil edən əsas məsələlərindən biridir.

“Xarici qüvvələr bizi hər zaman zəiflətməyə çalışıblar. Bunun ən zalım şəklini isə 25 il əvvəl Xocalıda gördük. Bizi soyqırımda ittiham edən şəxslər hələ də cinayətlərini gizlətməyə, Xocalıda baş verənlərin izlərini itirməyə çalışırlar. Dünya ictimaiyyətinin bütün bunlara göz yummaması hər şey edilib. Lakin Xocalı faciəsinin səbəbkarları hələ də azadlıqda, aramızda dolaşır, nazir səviyyəsinə yüksələrək Ermənistanda vəzifədə çalışır”.

Yeni nəşrlərdə xarici mənbələrdən və tarixi faktlardan istifadə olunmaqla, erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinin səbəb və nəticələri dolğun və sistemli şəkildə təhlil edilir, millətçi-şovinist siyasətin mahiyyəti yerli və xarici oxuculara çatdırılır.

Kitabların xüsusi əhəmiyyət kəsb etməsini şərtləndirən başlıca amillərdən biri də onların 8 dildə - Azərbaycan, türk, rus, ingilis, fransız, alman, ərəb və Çin dillərində nəşr olunmasıdır. Bu, təkcə tariximizin qanlı səhifələrinin öyrənilməsi və yaddaşlarda həkk olunması deyil, eləcə də Ermənistanın dövlət terrorizmi siyasətinin dünya ictimaiyyətinə daha geniş miqyasda çatdırılması və ifşa olunması baxımından çox önəmlidir.

“Xocalı soyqırımı: səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması” adlı monoqrafiyada XX əsrin sonunda Ermənistanın Azərbaycana ərazi iddiaları və təcavüzkarlığı, o cümlədən 1988-1993-cü illərdə azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasəti elmi mənbələrə əsasən araşdırılır. Xüsusilə XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri soyqırımı aktı bəşəriyyətə qarşı ən ağır cinayətlərdən biri kimi qiymətləndirilərək, bu soyqırımın tarixdə yaddaşlardan heç vaxt silinməyən Xatın, Ruanda, Srebrenitsa və Holokost kimi dəhşətli faciələrdən heç də geri qalmadığı diqqətə çatdırılır.

Kitabda 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərinin işğalı zamanı dinc azərbaycanlı əhaliyə qarşı törədilən vəhşiliklər xarici mənbələrə əsasən geniş təhlil edilir. Xocalı soyqırımı ermənilərin azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirdikləri ən ağır cinayət kimi araşdırılır. Həmçinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərinin strateji əhəmiyyətini şərtləndirən səbəblər öyrənilir.

“Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri” adlı kitabda isə erməni millətçilərinin təcavüzkar siyasəti nəticəsində XX əsrdə azərbaycanlıların 4 dəfə – 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və 1988-1993-cü illərdə soyqırımı və etnik təmizləmələrə məruz qalması mənbələrə əsasən təhlil edilir. Monoqrafiyada erməni millətçilərinin ərazi iddiaları, azərbaycanlılara qarşı həyata keçirdikləri terror, etnik təmizləmə və soyqırımı siyasətindən bəhs olunur.

Nəşrdə 1918-1920-ci illərdə ermənilər tərəfindən törədilmiş soyqırımlarının Bakı, Quba, Şamaxı ilə yanaşı, Şuşada, İrəvan quberniyası ərazisində, Zəngəzurda, Naxçıvanda, Şərurda, Ordubadda, Qarsda və başqa bölgələrdə davam etdirilməsi nəticəsində on minlərlə azərbaycanlının qətlə yetirilməsı elmi mənbələrə əsasən tədqiq edilir.

Kitabda xarici dillərdə Azərbaycan tarixinin ayrı-ayrı dövrlərinə dair sənədlər və xəritələr, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal olunmuş əraziləri haqqında məlumatlar və fotolar da yer alıb.

Hər iki kitabın buraxılışına məsul Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) baş direktoru Aslan Aslanov, elmi redaktoru “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri, Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi elmlər doktoru Elçin Əhmədovdur.

Hər iki kitab tarixçilər, xarici siyasət məsələləri ilə məşğul olan mütəxəssislər, həmçinin geniş oxucu auditoriyası üçün dəyərli mənbədir.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

26.10.2026 / 09:54
Husilər günlər sonra işini bərpa edən Ər-Riyad hava limanını yenə vurdu…

26.10.2026 / 09:37
Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edildi - VİDEO

26.10.2026 / 09:24
Lula da Silva yenidən Braziliya prezidenti seçildi

26.10.2026 / 09:12
Həkimlərin maaşına 25 faizədək əlavə... Kimlərə nə qədər ödənilir?

26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ