Bu gün səhər saatlarında Mingəçevir-Xaldan yolunun Yevlax rayonunun Əkşəm kəndi ərazisindən keçən hissəsində zəncirvari qəza baş verib.
Baki-xeber.com-un hadisə yerindən aldığı xəbərə görə, Yevlax sakini Eldar Mustafayevə məxsus "Niva", Şəki sakini Rüfət Ömərova məxsus "Toyota Corolla" markalı minik avtomobilləri Bakı-Mingəçevir marşurutu üzrə hərəkət edən “Mersedes” markalı mikroavtobusla toqquşub.
Hadisə nəticəsində Şəki sakinləri-1958-ci il təvəllüdlü Ömərova Seyram Mirzə qızı, 1974-cü il təvəllüdlü Ömərov Nicat Mirzə oğlu, 1958-ci il təvəllüdlü İsmaylova Gültəkin Atakişi qızı, 1977-ci il təvəllüdlü Ömərova Vəcihə Məcid qızı, Yevlax sakini 1952-ci il təvəllüdlü Mustafayev Eldar Yusif oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların həyatı təhlükəsi yoxdur.
Faktla bağlı Yevlax Rayon Polis Şöbəsi araşdırma aparır.