Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Xaçmaz şəhərində Qusar, Quba, Şabran, Siyəzən və Xaçmaz rayonlarının sakinləri, həmçinin həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirib. APA-nın şimal bürposunun məlumatına görə, fövqəladə hallar naziri tərəfindən qəbul edilən 20 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.
Bundan başqa, kadr məsələləri ilə bağlı 244, digər məsələlərlə bağlı müraciət etmiş 95 vətəndaş nazir müavinləri və nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunub.