Bazar ertəsi günü, 26 oktyabr 2026
     

Pre­zi­dent Əli­ye­vin "na­dir bey­nəl­xalq əmək­daş­lıq for­ma­tı" ad­lan­dır­dı­ğı "Cə­nub Qaz Dəh­li­zi" ye­ni­dən Av­ro­pa­nı Ba­kı­ya top­la­dı... - FOTO / YENİLƏNDİ

Image


Fev­ra­lın 23-də Ba­kı­da, Hey­dər Əli­yev Mər­kə­zin­də Cə­nub Qaz Dəh­li­zi Məş­və­rət Şu­ra­sı çər­çi­və­sin­də na­zir­lə­rin üçün­cü top­lan­tı­sı ke­çi­ri­lib. Pre­zi­dent İl­ham Əli­yev top­lan­tı­da iş­ti­rak edib.

"Cə­nub Qaz Dəh­li­zi" Məş­və­rət Şu­ra­sı çər­çi­və­sin­də na­zir­lə­rin üçün­cü top­lan­tı­sın­da çı­xış edən Pre­zi­dent İl­ham Əli­yev təd­bir­də müx­tə­lif öl­kə­lər­dən mö­tə­bər qo­naq­la­rın iş­ti­rak et­di­yi­ni de­yə­rək, Azər­bay­ca­nın Av­ro­pa Ko­mis­si­ya­sı ilə bu mü­hüm la­yi­hə­nin hə­ya­ta ke­çi­ril­mə­sin­də sıx əmək­daş­lıq qur­du­ğu­nu bil­dir­di. "Biz na­dir və nü­mu­nə­vi bey­nəl­xalq əmək­daş­lıq for­ma­tı­nı ya­ra­da bil­dik", - de­yən döv­lət baş­çı­sı "Cə­nub Qaz Dəh­li­zi" la­yi­hə­si­nin ic­ra­sı­nın gə­lə­cək əla­qə­lər üçün də çox va­cib amil ol­du­ğu­nu diq­qə­tə çat­dı­rıb.

Azər­bay­ca­nın ener­ji si­ya­sə­ti­nin ta­ri­xin­dən da­nı­şan Pre­zi­dent İl­ham Əli­yev 1994-cü il­də im­za­la­nan "Əs­rin mü­qa­vi­lə­si"nin gə­lə­cək ener­ji la­yi­hə­lə­ri­nin hə­ya­ta ke­çi­ril­mə­sin­də­ki əhə­miy­yət­li ro­lun­dan bəhs edə­rək, mü­a­sir Azər­bay­ca­nın na­i­liy­yət­lə­ri­nin bu­nun sa­yə­sin­də müm­kün ol­du­ğu­nu bil­di­rib. "Cə­nub Qaz Dəh­li­zi"nin ic­ra­sın­da "Şah­də­niz" qaz ya­ta­ğı­nın əhə­miy­yə­ti­ni vur­ğu­la­yan, bu ya­ta­ğın ver­di­yi im­kan­la­rın Azər­bay­ca­nın özü­nü nə­həng qaz eh­ti­yat­la­rı­na ma­lik öl­kə ki­mi ta­nıt­ma­sın­da mü­hüm rol oy­na­dı­ğı­nı de­yən döv­lət baş­çı­sı çı­xı­şın­da la­yi­hə üz­rə re­gi­o­nal əmək­daş­lı­ğın əhə­miy­yət­li ol­du­ğu­nu qeyd edib, uzun il­lər ər­zin­də Azər­bay­can, Gür­cüs­tan və Tür­ki­yə tə­rə­fin­dən ic­ra olu­nan ener­ji dəh­liz­lə­ri­ni bu­na mi­sal çə­kib.

"Cə­nub Qaz Dəh­li­zi"nin hə­ya­ta ke­çi­ril­mə­sin­də bir ne­çə il ön­cə Azər­bay­can­la Tür­ki­yə ara­sın­da TA­NAP la­yi­hə­si­nin ic­ra­sı­na da­ir im­za­la­nan sa­zi­şin, həm­çi­nin Tran­sad­ri­a­tik bo­ru kə­mə­ri la­yi­hə­si­nin əhə­miy­yə­ti­ni vur­ğu­la­yan Pre­zi­dent İl­ham Əli­yev bu cür top­lan­tı­la­rın la­yi­hə­nin vax­tın­da və key­fiy­yət­lə ye­ri­nə ye­ti­ril­mə­sin­də xü­su­si rol oy­na­dı­ğı­nı diq­qə­tə çat­dı­rıb. Ötə­nil­ki gö­rüş­dən son­ra bir çox irə­li­lə­yiş­lə­rin ol­du­ğu­nu, "Şah­də­niz-2" la­yi­hə­si­nin 90 fa­iz sə­viy­yə­sin­də hə­ya­ta ke­çi­ril­di­yi­ni, TA­NAP və TAP la­yi­hə­lə­rin­də də mü­hüm uğur­la­rın mü­şa­hi­də edil­di­yi­ni de­yən Pre­zi­dent İl­ham Əli­yev Azər­bay­ca­nın "Ab­şe­ron" qaz ya­ta­ğı­nın iş­lən­mə­si­nə baş­la­dı­ğı­nı, bu­nun da öl­kə­mi­zin qaz po­ten­si­a­lı­nın yal­nız "Şah­də­niz"lə məh­dud­laş­ma­dı­ğı­nı gös­tər­di­yi­ni de­yib.

XXI əs­rin la­yi­hə­si olan "Cə­nub Qaz Dəh­li­zi"nin hə­ya­ta ke­çi­ril­mə­sin­də bey­nəl­xalq ma­liy­yə qu­rum­la­rı­nın fə­a­liy­yə­ti­ni vur­ğu­la­yan döv­lət baş­çı­sı Av­ro­pa ma­liy­yə təş­ki­lat­la­rı­nın da la­yi­hə­nin ic­ra­sın­da ya­xın­dan iş­ti­rak et­mə­si­nin əhə­miy­yət­li ola­ca­ğı­nı bil­di­rib. "Cə­nub Qaz Dəh­li­zi ener­ji təh­lü­kə­siz­li­yi mə­sə­lə­si­dir və ener­ji təh­lü­kə­siz­li­yi öl­kə­lə­rin mil­li təh­lü­kə­siz­li­yi­dir", - de­yən Pre­zi­dent İl­ham Əli­yev bu sa­hə­də möv­cud bey­nəl­xalq əmək­daş­lı­ğı qar­şı­lıq­lı eti­ma­dın nü­mu­nə­si ad­lan­dı­rıb, la­yi­hə çər­çi­və­sin­də nə­zər­də tu­tu­lan eko­lo­ji mə­sə­lə­lə­rin yük­sək stan­dartla­ra əsas­lan­dı­ğı­nı bil­di­rib və konfran­sın işi­nə uğur­lar ar­zu­la­yıb.

Prezident çıxışında bildirib: “Əvvəlcə bütün qonaqlarımızı salamlayır və Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısında iştiraka görə minnətdarlığımı bildirmək istəyirəm. Sizin iştirakınız olduqca vacibdir, çünki bu, sizin təmsil etdiyiniz hökumət və təşkilatların “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsinə çox böyük əhəmiyyət verdiyinin göstəricisidir.

Bu gün qonaqlarımız arasında “Cənub Qaz Dəhlizi” layihəsinin iştirakçı dövlətlərinin müvafiq nazirləri, ABŞ və Böyük Britaniya hökumətlərinin yüksək nümayəndələri, Avropa Komissiyasının vitse-prezidenti, şirkətlərin, beynəlxalq maliyyə təşkilatlarının təmsilçiləri var. Avropa Komissiyasının vitse-prezidenti cənab Şefçoviçi xüsusilə salamlamaq istərdim. Mən bu il ərzində onunla artıq dörd görüş keçirmişəm. Bu isə belə bir mühüm layihənin reallaşdırılmasında Azərbaycan və Avropa Komissiyasının yaxından əməkdaşlıq etdiyini göstərir.

Hesab edirəm ki, biz nadir və xüsusi beynəlxalq əməkdaşlıq formatını yaratmağa müvəffəq olmuşuq. Əlbəttə ki, müxtəlif dövlət, şirkət və maliyyə qurumları arasında əməkdaşlıq təcrübəsi Cənub Qaz Dəhlizinin uğurla həyata keçirilməsinin əsas səbəbi olmaqla yanaşı, gələcəkdə də özünün əhəmiyyətli rolunu oynayacaq. Çünki bu qlobal layihənin icrası başa çatdırıldıqdan sonra bizim əməkdaşlığımız müxtəlif sahələr üzrə davam edəcəkdir.

Beynəlxalq əməkdaşlıq haqqında danışarkən təbii ki, sizin diqqətinizi Azərbaycanın enerji siyasətinin tarixinə yönəltmək istərdim, çünki onsuz bugünkü toplantı mümkün olmazdı. Müstəqilliyimiz bərpa olunandan sonra Azərbaycan mühüm enerji şirkətlərini ölkəmizdə fəaliyyət göstərməyə dəvət etdi. Tarixdə ilk dəfə Xəzər dənizi beynəlxalq əməkdaşlıq məkanına çevrildi və dünyanın əsas neft və qaz şirkətləri buraya çox böyük həcmdə sərmayələr yatırdı. 1994-cü ildə biz Xəzər dənizinin Azərbaycan sektorunda nəhəng neft ehtiyatlarının istismarı ilə bağlı “XX əsrin müqaviləsi” adlanan kontraktı imzaladıq. Bu, faktiki olaraq, Xəzər dənizinin xarici sərmayələr üçün açılması, ölkəmiz üçün isə transformasiya və inkişaf istiqamətində atılmış ilk vacib addım idi.

Bugünkü Azərbaycan böyük mənada həmin siyasətin nəticəsidir. Milyardlarla ölçülən xarici sərmayələrin cəlb edilməsi və Azərbaycana məxsus neft yataqlarının işlənilməsi uğurlu inkişaf üçün əhəmiyyətli ilkin şərait yaratdı. Neft satışından əldə olunan vəsait infrastruktur və sosial layihələrə, insan kapitalının inkişafına yönəldilmişdir və biz bunun nəticəsində ölkə iqtisadiyyatının şaxələndirilməsinə nail olmuşuq. Sərmayələr və beynəlxalq əməkdaşlıq olmasaydı, 1990-cı illərin ortalarında bunların heç birini etmək mümkün olmazdı.

Bu səbəbdən biz dövlətlər və şirkətlər arasında beynəlxalq əməkdaşlığa böyük dəyər veririk. Ölkəmizdə bütün sərmayələr zəruri səviyyədə qorunur, hasilatın pay bölgüsünə dair Azərbaycanın beynəlxalq neft şirkətləri ilə imzaladığı bütün müqavilələr parlamentimiz tərəfindən ratifikasiya olunur və qanun formasında Prezident tərəfindən imzalanır. Yəni, həmin müqavilələrin mətninin bir sözünün belə dəyişdirilməyəcəyi ilə bağlı 100 faiz zəmanət var. Bu, sərmayəçilərdə əminlik yaradır və hesab edirəm ki, Azərbaycanın sərmayələrə dəyər verən və onları müvafiq şəkildə qoruyan etibarlı tərəfdaş olmasında mühüm rol oynayır.

Cənub Qaz Dəhlizinin resurs bazasını nəhəng “Şahdəniz” qaz yatağı təşkil edir. “Şahdəniz” yatağının istismarı ilə bağlı müqavilə 1996-cı ildə imzalanmışdır. Bunun özü də tarixi hadisə idi, çünki həmin vaxta qədər Azərbaycan yalnız neft hasil edən ölkə kimi tanınırdı. Lakin “Şahdəniz” layihəsi sayəsində biz özümüzü nəhəng qaz ehtiyatlarına malik ölkə kimi təqdim etdik. Bu gün Azərbaycanın, – “Şahdəniz” və digər yataqlarının, – təsdiq edilmiş qaz ehtiyatı 2,6 trilyon kubmetr təşkil edir. Bu, nəhəng ehtiyatdır və şübhəsiz ki, “Şahdəniz” yatağının birinci mərhələdəki istismarı “Cənub Qaz Dəhlizi” layihəsinin təməlini qoydu.

Bu regional və daha sonra beynəlxalq əməkdaşlığın yaranmasında iki mühüm mərhələ oldu. Regional əməkdaşlığa gəldikdə, bu regionda üç ölkə - Azərbaycan, Gürcüstan və Türkiyə uzun illərdir ki, uğurla əməkdaşlıq edir və bu üç ölkə dəhlizlər yaratmağa müvəffəq olmuşdur. Bu, ən vacib olan məsələ idi. Xəzər dənizini Qara dəniz ilə bağlayan neft kəməri mövcud deyildi. Biz ilk olaraq buradan Gürcüstanın Qara dəniz sahillərinədək uzanan Bakı-Supsa neft kəmərini inşa etdik. Daha sonra Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən Bakı-Tbilisi-Ceyhan əsas neft kəməri və nəhayət Bakı-Tbilisi-Ərzurum qaz kəməri inşa edilmişdir. Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan həmin kəmər bu gün genişləndirilməkdədir.

Bütün bunlar Azərbaycan, Gürcüstan və Türkiyə arasında regional əməkdaşlıq, habelə beynəlxalq maliyyə qurumlarının və bu layihələri strateji hesab edən ABŞ hökumətinin dəstəyi nəticəsində ərsəyə gəlmişdir. Layihələr həqiqətən də strateji idi, çünki onlar regionumuzun enerji xəritəsini dəyişməyə başlamışdır. Beləliklə, Azərbaycan dünya bazarlarına neft tədarük edən etibarlı tərəfdaşa çevrilmişdir və bu gün bəzi Avropa dövlətlərinin enerji balansında Azərbaycan neftinin payı 30-40 faiz təşkil edir.

Bunları deməkdə məqsədim bugünkü inkişafın olduqca möhkəm təməl, fəal iş, qarşılıqlı etimad və əməkdaşlıq tarixinə malik olmasını nümayiş etdirməkdir. Eyni zamanda, yüksək riskli sahə hesab olunan bu sahədə həmin layihələri maliyyələşdirən beynəlxalq maliyyə qurumlarına da minnətdaram.

Cənub Qaz Dəhlizi bu gün artıq reallıqdır. Bu gün burada layihə ilə bağlı mövcud çağırışları nəzərdən keçirəcəyik. Öz növbəmdə bu layihənin həyata keçirilməsində Azərbaycan və Türkiyə arasında olan əməkdaşlığın xüsusi əhəmiyyətini vurğulamaq istərdim. 2012-ci ildə İstanbulda Prezident Ərdoğan və mən Transanadolu qaz kəmərinə dair tarixi müqaviləyə imza atdıq. Əslində, Cənub Qaz Dəhlizinin icrası məhz həmin gündən başlayır, çünki o vaxta qədər müxtəlif layihələr, seçimlər və müzakirələr mövcud idi. Potensial qaz layihəsinin reallaşdırılması ilə bağlı bir çox konfrans və seminarlar təşkil edilmişdir. Ancaq İstanbuldakı imzalanma mərasimi dönüş nöqtəsi oldu.

Bundan sonra “Şahdəniz” layihəsinin ikinci mərhələsinə sərmayə qoyulması ilə bağlı qərar qəbul edildi və TANAP sazişi bağlanmasa idi, həmin qərar verilməzdi. Daha sonra TANAP layihəsinin davamı olaraq, Transadriatik qaz kəməri layihəsi seçildi. Beləliklə, 2012-ci ildə İstanbuldakı mərasim dönüş nöqtəsi oldu, tərəfdaşlarımız bizi dəstəklədi və bu gün həmin sazişin nəticəsi göz qabağındadır.

Bizim tərəfdaşlarımıza, – müxtəlif dövlət, şirkət və təşkilat nümayəndələrinə, - bu gün bizimlə birlikdə olduqlarına görə öz dərin minnətdarlığımı bildirirəm. Bu, Məşvərət Şurasının üçüncü toplantısıdır və bu yığıncaq artıq yaxşı bir ənənəyə çevrilmişdir. Həyat sübut etmişdir ki, belə toplantının çox vacib mənası var. Biz yalnız görülmüş işləri nəzərdən keçirmirik. Ən əsası odur ki, gələcəklə bağlı planlar qurur və səylərimizi əlaqələndiririk. Əlaqələndirmə olmazsa biz uğur əldə edə bilmərik. Cənub Qaz Dəhlizinin bütün dörd seqmenti paralel şəkildə həyata keçirilir. Buna görə də layihənin dəqiq icrası və vaxt qrafikinə riayət olunması ən vacib məsələlərdəndir.

Son dəfə biz ötən il ərzində Bakıda görüşmüşük. Həmin vaxtdan bəri bir çox hadisələr baş vermişdir, layihənin icrası ilə bağlı yaxşı irəliləyiş var. Mənə verilən son məlumata görə, “Şahdəniz-2” layihəsi üzrə işlərin təqribən 90 faizi, Cənubi Qafqaz boru kəməri üzrə 80 faizə yaxını, TANAP 65 faiz və Transadriatik kəməri üzrə isə 34 faizi icra edilmişdir. Bu, yaxşı irəliləyişin göstəricisidir. Ötən ilin fevralında nazirlər səviyyəsində keçirilmiş ikinci toplantı zamanı mövcud olan vəziyyəti götürsək, bu gün böyük irəliləyişin şahidi olarıq. Bu, layihənin uğurlu icrasının vacib göstəricisidir.

Bununla yanaşı, Bakıdakı sonuncu görüşümüzdən bəri, növbəti, böyük Abşeron qaz layihəsi üzrə işlərə başlanılmışdır. Biz yataqla bağlı praktiki işlərə, yəni, qazma işlərinə başlamağı planlaşdırırıq və Abşeron yatağının birinci mərhələsi üzrə qaz potensialı artıq hesablanıb. Abşeron yatağı Azərbaycanın qaz potensialının əlavə mənbəyi olacaqdır.

Bu, ilk növbədə, bizim qaz potensialımızın “Şahdəniz” ilə məhdudlaşmadığını nümayiş etdirir. Halbuki “Şahdəniz” dünyanın ən nəhəng qaz yataqlarından biridir və onun ehtiyatı 1,2 trilyon kubmetrdir. Ancaq bu, “Şahdəniz-2” layihəsinin icrasının digər layihələrin reallaşdırılması baxımından nə dərəcədə əhəmiyyətli olduğunu nümayiş etdirir. Müasir nəqletmə infrastrukturu olmadan digər qaz yataqlarına sərmayələrin cəlb edilməsi çətin olardı. Bütün bunlar hamımızın mənafeyinə xidmət edir. Çünki yaradılmaqda olan şəbəkə vasitəsilə nə qədər çox qaz nəql edilsə, biz - dövlətlər və şirkətlər bundan bir o qədər bəhrələnəcəyik.

Cənub Qaz Dəhlizi XXI əsrin layihəsi hesab oluna bilər. Şadam ki, TANAP-ın icrası ilə bağlı xərclər azalıb. Aldığım son məlumata görə, bu rəqəm 11,8 milyard dollardan 8,5 milyard dollara enmişdir. Bir sıra ölkələrdəki iqtisadi vəziyyətin narahatlıq doğurduğu belə bir vaxtda xərclərin azalması olduqca vacib məsələdir. Beləliklə də TANAP-ın səhmdarları külli miqdarda vəsaitlərinə qənaət edəcəklər.

Biz layihənin icrası üçün maliyyə vəsaitinin cəlb edilməsinə nail olmuşuq. Burada xüsusi olaraq Dünya Bankını qeyd etmək istərdim. Bu qurum layihəyə böyük məbləğdə vəsait ayırmaqla yanaşı, digər maliyyə institutlarına da siqnal vermiş oldu. “Cənub Qaz Dəhlizi” layihəsinin icrasının dəstəklənməsi üçün böyük məbləğdə maliyyə vəsaitlərinin ayrılmasına görə Asiya İnkişaf Bankına və Asiya İnfrastruktur və İnkişaf Bankına da minnətdarlığımı bildirirəm.

Burada xüsusi əhəmiyyət daşıyan məqam ondan ibarətdir ki, Azərbaycan qazı Asiyaya deyil, Avropaya nəql ediləcəkdir. Lakin gördüyümüz kimi, layihəyə verilən maliyyə dəstəyi baxımından Asiya maliyyə qurumları Avropa təşkilatlarından öndədir. Ümid edirik ki, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı da maliyyə dəstəyinin verilməsi və asiyalı tərəfdaşlarından geridə qalmamaq məsələlərini nəzərdən keçirəcəkdir. Əks təqdirdə bunu anlamaq çox çətin olacaqdır.

Azərbaycan öz növbəsində dövlət büdcəsi və Dövlət Neft Fondunun vəsaiti hesabına layihəyə böyük maliyyə dəstəyi göstərir. Bu gün Azərbaycanın maliyyə imkanları regionda istənilən layihənin həyata keçirilməsinə imkan verir və biz bunu uğurla edirik. Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi layihəsidir və dəfələrlə dediyim kimi, enerji təhlükəsizliyi dövlətlərin milli təhlükəsizliyinin tərkib hissəsidir. Bu, şaxələndirmə layihəsidir. Şaxələndirmə isə yalnız istehlakçılara deyil, biz istehsalçılara da lazımdır. Çünki bizim çoxşaxəli nəqletmə şəbəkəsinə ehtiyacımız var. Bu gün ehtiyatlarımızın müxtəlif təyinat məntəqələrinə nəql edilməsi üçün bizim 7 kəmərimiz var ki, bunlardan 3-ü neft, 4-ü isə qaz kəməridir. Səkkizincisi isə Cənub Qaz Dəhlizidir ki, o da tezliklə istifadəyə veriləcəkdir.

Biz enerji şaxələndirilməsi haqqında danışanda nəqletmə marşrutları ilə yanaşı, mənbələr barəsində də danışırıq. Xəzər dənizinin Azərbaycan sektorunda olan mənbələr yeni mənbələrdir və bu, regionun və Avropa istehlakçılarının qaz ilə təchizatında yeganə yeni mənbədir. Bu baxımdan, regional və artıq beynəlxalq əməkdaşlıq, qarşılıqlı etimad və dəstək bu layihənin həyata keçirilməsinin ən vacib elementlərindəndir.

Bu gün nazirlər səviyyəsində üçüncü toplantıda biz artıq əmin ola bilərik ki, heç bir maneə bu layihənin həyata keçirilməsinin qarşısını ala bilməz. Layihənin icrası ilə bağlı sizə təqdim etdiyim rəqəmlər bizim layihənin icrasının yekun mərhələsində olduğumuzu nümayiş etdirir. Buna baxmayaraq, biz birgə səylərlə bu layihənin icrasının müəyyən seqmentləri üzrə süni gecikdirmələrin qarşısını almalıyıq və əminəm ki, bu mövzu burada ətraflı müzakirə olunacaqdır.

Bilirik ki, burada müəyyən müdaxilə və kənardan təzyiq halları olacaq. Müəyyən ekoloji və digər bəhanələr ortaya atılacaq. Ancaq burada biz reallığı nəzərə almalıyıq. Reallıq isə ondan ibarətdir ki, Azərbaycanın tərəfdaşları, ölkəmizin strateji tərəfdaşı və bizim bütün neft və qaz layihələrimizin operatoru olan BP şirkəti ilə birlikdə həyata keçirdiyi heç bir layihə ilə bağlı, istər Azərbaycanda, istərsə də buradan başlayan nəqletmə marşrutu boyu hər hansı bir ekoloji problem baş verməmişdir.

Yadımdadır ki, biz Bakı-Tbilisi-Ceyhan kəmərini inşa edəndə də layihənin icrasının əleyhinə olan müəyyən dairələrin sponsorluğu ilə “Bakı-Tbilisi-Ceyhan kampaniyası” adlanan kampaniya başlanılmışdır. Onlar həmin layihənin nüfuzdan salınması üçün geniş fəaliyyətə başladılar. Layihəni regionun ekoloji fəlakəti adlandırdılar. Təəssüf ki, o zaman bəzi maliyyə qurumları da prosesi ləngitdilər. Ancaq Bakı-Tbilisi-Ceyhan artıq 11 ildir ki, fəaliyyət göstərir və o zamandan bəri burada xırda narahatlıq belə doğuracaq epizod olmamışdır. Bizim BP və digər tərəfdaşlarımızla həyata keçirdiyimiz bütün layihələr ən yüksək ekoloji standartlara cavab verir.

Bu səbəbdən eşidəndə ki, yenidən Cənub Qaz Dəhlizi və onun hansısa seqmenti ilə bağlı kimlərdəsə və haradasa narahatlıq var, biz dərhal 10 il bundan əvvəl baş verənləri xatırladıq. Həmin ssenari, həmin üsul və əminəm ki, nəticəsi də elə həmin cür olacaqdır. Biz “Cənub Qaz Dəhlizi” layihəsini həyata keçirəcəyik. Biz bu uğura birgə nail olacağıq. Burada yeganə itirə biləcəyimiz zamandır. Biz isə nəyə görə vaxt itirməliyik? Vaxt pul deməkdir. Biz bu layihəni vaxtında icra etməliyik. Dediyim kimi, layihənin bütün seqmentləri – “Şahdəniz-2”, Cənubi Qafqaz qaz kəməri, TANAP və TAP paralel şəkildə icra olunmalıdır.

Təfərrüatına varmaq istəmirəm. Əminəm ki, bu mövzu ətraflı müzakirə olunacaq. Belə toplantıların əhəmiyyəti burada yalnız uğur və nailiyyətlərdən deyil, eyni zamanda, problem, çağırış və onların həlli yolları haqqında danışmaqdan ibarətdir.

Toplantının işinə uğurlar diləyir və bu gün bizimlə birlikdə olduğunuza görə bir daha minnətdarlığımı bildirirəm”.

Av­ro­pa­nın vit­se-pre­zi­den­ti­nin Ba­kı­dan ça­ğı­rış­la­rı...

Av­ro­pa Ko­mis­si­ya­sı­nın ener­ji bir­li­yi üz­rə vit­se-pre­zi­den­ti Ma­roş Şev­ço­viç Pre­zi­dent İl­ham Əli­ye­və Azər­bay­ca­nın üçün­cü də­fə bu top­lan­tı­ya ev sa­hib­li­yi et­di­yi­nə gö­rə min­nət­dar­lı­ğı­nı bil­di­rə­rək, ötə­nil­ki gö­rüş­dən son­ra la­yi­hə üz­rə bö­yük irə­li­lə­yiş­lə­rin ol­du­ğu­nu de­yib. Ma­roş Şev­ço­viç Pre­zi­dent İl­ham Əli­ye­vin Brüs­se­lə son sə­fə­ri­nin əhə­miy­yət­li ol­du­ğu­nu, Av­ro­pa İt­ti­fa­qı ilə Azər­bay­can ara­sın­da əmək­daş­lı­ğı nə­zər­də tu­tan çər­çi­və sa­zi­şi­nin im­za­lan­dı­ğı­nı, ener­ji təh­lü­kə­siz­li­yi ilə bağ­lı sə­mə­rə­li mü­za­ki­rə­lə­rin apa­rıl­dı­ğı­nı diq­qə­tə çat­dı­rıb. "Cə­nub Qaz Dəh­li­zi" la­yi­hə­si Av­ro­pa İt­ti­fa­qı üçün stra­te­ji əhə­miy­yət da­şı­yır və onun Av­ro­pa üçün nə də­rə­cə­də va­cib ol­du­ğu­nu ha­mı­mız an­la­yı­rıq", - de­yən Ma­roş Şev­ço­viç də qi­tə­nin gə­lə­cə­yi üçün stra­te­ji əhə­miy­yət da­şı­yan bu la­yi­hə­yə Av­ro­pa ma­liy­yə təş­ki­lat­la­rı­nın diq­qət gös­tər­mə­si­nin va­cib­li­yi­ni vur­ğu­la­ya­raq, la­yi­hə­nin vax­tın­da ic­ra olu­na­ca­ğı­na əmin­li­yi­ni ifa­də edib.

Ma­roş Şev­ço­viç de­yib ki, "Cə­nub Qaz Dəh­li­zi" la­yi­hə­si Av­ro­pa­nın ener­ji təh­lü­kə­siz­li­yi üçün stra­te­ji əhə­miy­yət da­şı­yır.

Onun söz­lə­ri­nə gö­rə, "Cə­nub Qaz Dəh­li­zi"nin ti­kin­ti­sin­də irə­li­lə­yiş tək­cə la­yi­hə­yə da­xil olan öl­kə­lə­rin gör­dü­yü bö­yük iş­lər sa­yə­sin­də yox, həm də da­nı­şıq­lar ma­sa­sı ar­xa­sın­da ya­ra­dıl­mış xoş mü­hit sa­yə­sin­də əl­də olu­nub.

M.Şev­ço­viç qeyd edib ki, Av­ro­pa Xə­zər höv­zə­si ki­mi bir re­gi­on­la bir­ləş­mə­yə və Azər­bay­can ki­mi tə­rəf­daş­la bir­gə fə­a­liy­yət im­ka­nı­na gö­rə bu la­yi­hə­ni yük­sək qiy­mət­lən­di­rir: "Mən bey­nəl­xalq ma­liy­yə təş­ki­lat­la­rı­nı Av­ro­pa­nın müx­tə­lif qu­rum­la­rı­nın bu la­yi­hə­nin ma­liy­yə­ləş­di­ril­mə­si­nə cəlb olun­ma­sı im­kan­la­rı­nı təd­qiq et­mə­yə ça­ğı­rı­ram" - de­yən Ma­roş Şev­ço­viç əla­və edib ki, "Cə­nub Qaz Dəh­li­zi" la­yi­hə­si­nin ic­ra olun­ma­sı ilə bağ­lı irə­li­lə­yiş­lər var və bu müs­bət qiy­mət­lən­di­ri­lir.

"Əs­lin­də bu la­yi­hə­nin bü­tün his­sə­lə­rin­də irə­li­lə­yən ad­dım­lar ba­rə­də mə­lu­mat­la­rı eşit­mək­dən məm­nun ol­duq. "Cə­nub Qaz Dəh­li­zi" la­yi­hə­si çər­çi­və­sin­də ol­duq­ca bö­yük irə­li­lə­yiş­lər var. Bu gün biz la­yi­hə­ni üçün­cü də­fə nə­zər­dən ke­çir­dik. Bu­nun üçün də biz Azər­bay­can hö­ku­mə­ti­nə, marşrut bo­yu yer­lə­şən öl­kə­lə­rin rəh­bər­lə­ri­nə, la­yi­hə­ni ma­liy­yə­ləş­di­rə­cək ma­liy­yə insti­tut­la­rı­na öz tə­şək­kü­rü­mü­zü bil­di­ri­rik. "Cə­nub Qaz Dəh­li­zi" la­yi­hə­si marşrut bo­yun­ca yer­lə­şən öl­kə­lə­rə fay­da ve­rə­cək və bu öl­kə­lə­rin is­teh­lak­çı­la­rı bun­dan bəh­rə­lə­nə­cək. La­yi­hə­nin ic­ra­sı ilə bağ­lı lən­gi­mə­lər­dən na­ra­zı­lıq­lar var idi. La­kin mü­a­sir döv­rün ça­ğı­rış­la­rı da nə­zə­rə alın­ma­lı­dır. Biz bu na­ra­zı­lıq­la­rı İta­li­ya hö­ku­mə­ti­nə çat­dır­dıq. He­sab edi­rik ki, bü­tün "Cə­nub Qaz Dəh­li­zi" bü­tün iş­ti­rak­çı­lar, xü­su­si­lə də İta­li­ya üçün mü­hüm bir la­yi­hə­dir. Çün­ki bu qaz ilk ola­raq  İta­li­ya­ya çat­dı­rı­la­caq. Biz is­tə­yi­rik ki, ilk qaz 2018-ci il­də Tür­ki­yə­yə, 2020-ci il­də isə Av­ro­pa­ya çat­dı­rıl­sın. Biz bu­na na­il ola­ca­ğıq", - de­yə M.Şev­ço­viç qeyd edib.

ABŞ Döv­lət De­par­ta­men­ti "Cə­nub Qaz Dəh­li­zi" üçün çə­tin­lik­lə­ri dəf et­mək­də qə­ti möv­qe or­ta­ya qoy­du...

"Cə­nub Qaz Dəh­li­zi" la­yi­hə­si uğur­la ic­ra olu­nur və bu la­yi­hə ABŞ üçün stra­te­ji la­yi­hə ola­raq qa­lır". "APA-Eco­no­mics" xə­bər ve­rir ki, bu­nu "Cə­nub Qaz Dəh­li­zi" Məş­və­rət Şu­ra­sı­nın III ic­la­sı çər­çi­və­sin­də ke­çi­ri­lən mət­bu­at konfran­sın­da ABŞ döv­lət ka­ti­bi­nin ener­ji dip­lo­ma­ti­ya­sı üz­rə kö­mək­çi­si­nin mü­a­vi­ni Ro­bin Dan­ni­qan de­yib.

Onun söz­lə­ri­nə gö­rə, bu la­yi­hə Av­ro­pa­nın ener­ji təh­lü­kə­siz­li­yi üçün mü­hüm la­yi­hə­lər­dən­dir: "Av­ro­pa is­teh­lak­çı­la­rı üçün "Cə­nub Qaz Dəh­li­zi" bir çox im­kan­lar açır. Bu, ilk növ­bə­də Av­ro­pa­nın ener­ji təh­lü­kə­siz­li­yi­nin tə­min edil­mə­si ilə ya­na­şı, rə­qa­bət ba­xı­mın­dan, sər­fə­li qiy­mət­lər de­mək­dir. Biz bu is­ti­qa­mət­də bu gün əl­də edi­lən irə­li­lə­yiş­lə­rin şa­hi­di ol­duq. Bə­zi ça­ğı­rış­lar möv­cud­dur. ABŞ ola­raq biz he­sab edi­rik ki, bir­gə şə­kil­də bu çə­tin­lik­lə­rin öh­də­sin­dən gə­lə­cə­yik və Xə­zər­də ha­sil olu­nan kar­bo­hid­ro­gen­lə­rin Av­ro­pa­ya çat­dı­rıl­ma­sı­na na­il ola­ca­ğıq".

İon Bo­ru Kə­mə­ri öl­kə­lə­ri Ba­kı­ya ni­yə gə­lib?

"Cə­nub Qaz Dəh­li­zi" Məş­və­rət Şu­ra­sı­nın III ic­la­sı­nın ke­çi­ril­mə­si Azər­bay­can üçün önəm­li bir ha­di­sə­dir. Bu­nu dü­nən­ki mət­bu­at konfran­sın­da ener­ge­ti­ka na­zi­ri Na­tiq Əli­yev de­yib. Onun söz­lə­ri­nə gö­rə, bu gün Av­ro­pa öl­kə­lə­ri­nin gö­zü Azər­bay­can­da­dır: "Cə­nub Qaz Dəh­li­zi" la­yi­hə­si Pre­zi­dent İl­ham Əli­ye­vin tə­şəb­bü­sü ilə re­al­laş­dı­rı­lır. La­yi­hə­nin re­al­laş­dı­rıl­ma­sı­na bir ne­çə il ön­cə baş­la­nıb. Dün­ya iq­ti­sa­diy­ya­tın­da ma­liy­yə böh­ra­nın mü­şa­hi­də edil­di­yi bir vaxtda bu la­yi­hə­nin hə­ya­ta ke­çi­ril­mə­si bö­yük səy tə­ləb edir. Ey­ni za­man­da möv­cud və­ziy­yət tə­ləb edir ki, səy­lər bir­ləş­di­ril­sin. "Cə­nub Qaz Dəh­li­zi" la­yi­hə­si­ni ge­niş­lən­dir­mək fik­ri­miz var. Bu­na gö­rə də məhz bu gün bu­ra­da İon Bo­ru Kə­mə­ri  öl­kə­lə­ri­nin nü­ma­yən­də­lə­ri də iş­ti­rak edir­di", - de­yə na­zir əla­və edib".

N.Əli­yev qeyd edib ki, la­yi­hə­nin hə­ya­ta ke­çi­ril­mə­sin­də ən mü­hüm mə­sə­lə­lər­dən bi­ri ma­liy­yə­ləş­mə ilə bağ­lı­dır: "Dün­ya Ban­kı, Asi­ya İn­ki­şaf Ban­kı­nın nü­ma­yən­də­lə­ri bu təd­bir­də iş­ti­rak edib. On­lar bə­yan et­di­lər ki, bu la­yi­hə­yə ma­raq gös­tə­rir­lər və la­yi­hə­nin ma­liy­yə­ləş­mə­sin­də iş­ti­rak edə­cək­lər".

Asi­ya-Av­ro­pa nəq­liy­yat dəh­li­zi­nə Av­ro­pa şir­kət­lə­ri­nin də cəlb olun­ma­sın­dan da­nı­şıl­dı

Pre­zi­dent İl­ham Əli­yev fev­ra­lın 23-də Av­ro­pa Ko­mis­si­ya­sı­nın ener­ji bir­li­yi üz­rə vit­se-pre­zi­den­ti Ma­roş Şev­ço­viç ilə gö­rü­şüb. Söh­bət za­ma­nı Pre­zi­dent İl­ham Əli­yev­lə Av­ro­pa Ko­mis­si­ya­sı­nın ener­ji bir­li­yi üz­rə vit­se-pre­zi­den­ti Ma­roş Şev­ço­vi­çin ca­ri il ər­zin­də dörd də­fə gö­rüş­dü­yü xü­su­si vur­ğu­la­nıb, "Cə­nub Qaz Dəh­li­zi"nin ti­kin­ti­si, bu sa­hə­də əl­də olu­nan na­i­liy­yət­lər ət­ra­fın­da fi­kir mü­ba­di­lə­si apa­rı­lıb. Həm­çi­nin Azər­bay­can­la Av­ro­pa Ko­mis­si­ya­sı ara­sın­da, ener­ji mə­sə­lə­lə­ri ilə ya­na­şı, nəq­liy­yat dəh­liz­lə­ri, o cüm­lə­dən Ba­kı-Tif­lis-Qars də­mir yo­lun­dan is­ti­fa­də sa­hə­sin­də əmək­daş­lıq im­kan­la­rı mü­za­ki­rə edi­lib.

Ye­ni Asi­ya-Av­ro­pa nəq­liy­yat dəh­li­zin­dən is­ti­fa­də im­kan­la­rın­dan da­nı­şan Ma­roş Şev­ço­viç Av­ro­pa şir­kət­lə­ri­nin bu la­yi­hə­yə cəlb olun­ma­sı­nın və bu mə­sə­lə­də Av­ro­pa Ko­mis­si­ya­sı­nın müm­kün dəs­tə­yi­nin əhə­miy­yə­ti­ni vur­ğu­la­yıb.

Söh­bət za­ma­nı Azər­bay­can­da al­ter­na­tiv ener­ji mən­bə­lə­rin­dən is­ti­fa­də­nin ge­niş­lən­di­ril­mə­si, bu mə­sə­lə­də Av­ro­pa İt­ti­fa­qı­nın təc­rü­bə­sin­dən is­ti­fa­də edil­mə­si­nin müm­kün­lü­yü qeyd olu­nub.

Al­bay­rak Ər­do­ğan­dan təb­rik və sa­lam­lar gə­tir­di

Fev­ra­lın 23-də Pre­zi­dent İl­ham Əli­yev Tür­ki­yə Res­pub­li­ka­sı­nın ener­ge­ti­ka və tə­bii sər­vət­lər na­zi­ri Be­rat Al­bay­rak­la gö­rü­şüb. Be­rat Al­bay­rak Tür­ki­yə Pre­zi­den­ti Rə­cəb Tay­yib Ər­do­ğa­nın və xa­nı­mı Əmi­nə Ər­do­ğa­nın Meh­ri­ban Əli­ye­va­nın Azər­bay­can Res­pub­li­ka­sı­nın Bi­rin­ci vit­se-pre­zi­den­ti tə­yin olun­ma­sı mü­na­si­bə­ti­lə Pre­zi­dent İl­ham Əli­ye­və və xa­nı­mı Meh­ri­ban Əli­ye­va­ya təb­rik­lə­ri­ni və sa­lam­la­rı­nı çat­dı­rıb.

Döv­lət baş­çı­sı sə­mi­mi təb­ri­kə və sa­la­ma gö­rə min­nət­dar­lı­ğı­nı bil­di­rə­rək, onun da sa­la­mı­nın Tür­ki­yə Pre­zi­den­ti­nə və xa­nı­mı­na çat­dı­rıl­ma­sı­nı xa­hiş edib.

Pre­zi­dent İl­ham Əli­yev Tür­ki­yə­nin "Cə­nub Qaz Dəh­li­zi" Məş­və­rət Şu­ra­sı çər­çi­və­sin­də na­zir­lə­rin üçün­cü top­lan­tı­sın­da yük­sək sə­viy­yə­də iş­ti­rak et­mə­si­nin önə­mi­ni xü­su­si vur­ğu­la­yıb. Döv­lət baş­çı­sı bu top­lan­tı­nın gə­lə­cək plan­la­rın uğur­la re­al­laş­dı­rıl­ma­sı­na mü­hüm töh­fə ve­rə­cə­yi­nə əmin­li­yi­ni bil­di­rib.

Tür­ki­yə­də ke­çi­ri­lə­cək ümum­xalq səs­ver­mə­si­nə to­xu­nan Pre­zi­dent İl­ham Əli­yev re­fe­ren­du­mun yük­sək sə­viy­yə­də təş­kil olu­na­ca­ğı­na, Tür­ki­yə xal­qı­nın ira­də­si­nin ək­si­ni ta­pa­ca­ğı­na və qar­daş öl­kə­nin hə­ya­tın­da bun­dan son­ra ye­ni, da­ha sa­bit döv­rün baş­la­na­ca­ğı­na əmin­li­yi­ni bil­di­rib. Döv­lət baş­çı­sı TA­NAP la­yi­hə­si­nin uğur­la ic­ra­sı­na ver­di­yi dəs­tə­yə gö­rə Tür­ki­yə hö­ku­mə­ti­nə min­nət­dar­lı­ğı­nı ifa­də edib.

Söh­bət za­ma­nı dün­ya­da və Av­ro­pa­da baş ve­rən si­ya­si, iq­ti­sa­di böh­ran fo­nun­da Azər­bay­can ilə Tür­ki­yə ara­sın­da­kı dostluq və qar­daş­lıq əla­qə­lə­ri­nin yük­sək sə­viy­yə­də ol­ma­sı məm­nun­luq­la qeyd edi­lib.

İƏT Əmək Mər­kə­zi­nə gö­rə İl­ham Əli­ye­və tə­şək­kür­lər...

Pre­zi­dent İl­ham Əli­yev fev­ra­lın 23-də Tür­ki­yə Res­pub­li­ka­sı­nın qi­da, kənd tə­sər­rü­fa­tı və hey­van­dar­lıq na­zi­ri Fa­ruk Çe­li­kin baş­çı­lıq et­di­yi nü­ma­yən­də he­yə­ti­ni qə­bul edib.

Na­zir Fa­ruk Çe­lik Tür­ki­yə Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti Rə­cəb Tay­yib Ər­do­ğa­nın və Baş na­zir Bi­nə­li Yıl­dı­rı­mın sa­lam­la­rı­nı döv­lət baş­çı­sı­na çat­dı­rıb. Pre­zi­dent İl­ham Əli­ye­vin töv­si­yə­si ilə İs­lam Əmək­daş­lıq Təş­ki­la­tı­nın Əmək Mər­kə­zi­nin Ba­kı­da ya­ra­dıl­ma­sı­na və uğur­la fə­a­liy­yət gös­tər­mə­si­nə gö­rə döv­lət baş­çı­sı­na min­nət­dar­lı­ğı­nı bil­di­rən. Fa­ruk Çe­lik ha­zır­da Tür­ki­yə­nin Qi­da, Kənd Tə­sər­rü­fa­tı və Hey­van­dar­lıq Na­zir­li­yi ilə Azər­bay­ca­nın Kənd Tə­sər­rü­fa­tı Na­zir­li­yi ara­sın­da sıx əmək­daş­lı­ğın ya­ra­dıl­dı­ğı­nı de­yib.

Pre­zi­dent İl­ham Əli­yev Tür­ki­yə Pre­zi­den­ti Rə­cəb Tay­yib Ər­do­ğan­la bu ya­xın­lar­da te­le­fon da­nı­şı­ğı­nı və Baş na­zir Bi­nə­li Yıl­dı­rım­la Mün­xen­də gö­rü­şü­nü məm­nun­luq­la xa­tır­la­yıb. Gö­rüş­də öl­kə­lə­ri­mi­zin kənd tə­sər­rü­fa­tı na­zir­lik­lə­ri ara­sın­da əla­qə­lə­rin yax­şı po­ten­si­a­la ma­lik ol­du­ğu bil­di­ri­lib, əmək­daş­lı­ğın perspek­tiv­lə­ri ilə bağ­lı mə­sə­lə­lər ət­ra­fın­da fi­kir mü­ba­di­lə­si apa­rı­lıb.

İta­li­ya na­zi­ri Pre­zi­dent İl­ham Əli­ye­və SO­CAR-la mü­qa­vi­lə im­za­la­na­ca­ğı­nı de­di...

Fev­ra­lın 23-də Azər­bay­can Pre­zi­den­ti İl­ham Əli­ye­vin İta­li­ya Res­pub­li­ka­sı­nın iq­ti­sa­di in­ki­şaf na­zi­ri Kar­lo Ka­len­da ilə də gö­rü­şü olub. Pre­zi­dent İl­ham Əli­yev İta­li­ya­nın "Cə­nub Qaz Dəh­li­zi" Məş­və­rət Şu­ra­sı çər­çi­və­sin­də na­zir­lə­rin üçün­cü top­lan­tı­sın­da fə­al iş­ti­ra­kı­nın əhə­miy­yə­ti­nə to­xun­du. Döv­lət baş­çı­sı bil­di­rib ki, bu, müx­tə­lif sa­hə­lər­də sü­rət­lə in­ki­şaf edən əmək­daş­lı­ğı­mı­zın da­ha bir gös­tə­ri­ci­si ol­maq­la ya­na­şı, "Cə­nub Qaz Dəh­li­zi" la­yi­hə­si­nin uğur­la hə­ya­ta ke­çi­ril­mə­si ba­xı­mın­dan da çox əhə­miy­yət­li­dir. Azər­bay­can­la İta­li­ya ara­sın­da tə­rəf­daş­lı­ğa da­ir Bə­yan­na­mə­nin qə­bul edil­di­yi­ni de­yən Pre­zi­dent İl­ham Əli­yev diq­qə­tə çat­dı­rıb ki, ha­zır­da si­ya­si, iq­ti­sa­di, ener­ji, mə­də­ni və di­gər sa­hə­lər­də əmək­daş­lı­ğı­mız ən yük­sək sə­viy­yə­də­dir və öl­kə­lə­ri­miz ara­sın­da əla­qə­lə­rin in­ki­şa­fı şa­xə­lən­di­ri­lir.

Kar­lo Ka­len­da öl­kə­si üçün önəm­li olan TAP la­yi­hə­si­nin hə­ya­ta ke­çi­ril­mə­si­nə gö­rə İta­li­ya hö­ku­mə­ti adın­dan döv­lət baş­çı­sı­na min­nət­dar­lı­ğı­nı çat­dı­rıb. O, bu mü­hüm təd­bir­də İta­li­ya­nın bir sı­ra şir­kət­lə­ri­nin nü­ma­yən­də­lə­ri­nin də iş­ti­rak et­dik­lə­ri­ni vur­ğu­la­ya­rağ, öl­kə­lə­ri­miz ara­sın­da müx­tə­lif sa­hə­lər­də əhə­miy­yət­li la­yi­hə­lə­rin ic­ra edil­di­yi­ni bil­di­rib.

Qo­naq İta­li­ya­nın Baş na­zi­ri Pa­o­lo Cen­ti­lo­ni­nin ötən ilin so­nun­da xa­ri­ci iş­lər və bey­nəl­xalq əmək­daş­lıq na­zi­ri ki­mi Azər­bay­ca­na sə­fə­ri­ni xa­tır­la­dıb.

Söh­bət za­ma­nı öl­kə­lə­ri­miz ara­sın­da ener­ge­ti­ka, kənd tə­sər­rü­fa­tı və di­gər sa­hə­lər­də əmək­daş­lıq im­kan­la­rı mü­za­ki­rə olu­nub. Bil­di­ri­lib ki, İta­li­ya Azər­bay­can­dan bö­yük həcmdə neft və ener­ji məh­sul­la­rı id­xal edir.

Diq­qə­tə çat­dı­rı­lıb ki, Mün­hen Təh­lü­kə­siz­lik Konfran­sı çər­çi­və­sin­də Azər­bay­can Pre­zi­den­ti İl­ham Əli­yev­lə İta­li­ya­nın "Le­o­nar­do" şir­kə­ti­nin baş ic­ra­çı di­rek­to­ru və baş me­ne­ce­ri Ma­u­ro Mo­ret­ti ara­sın­da ke­çi­ri­lən gö­rü­şün nə­ti­cə­si ola­raq, "Cə­nub Qaz Dəh­li­zi" Məş­və­rət Şu­ra­sı çər­çi­və­sin­də na­zir­lə­rin üçün­cü top­lan­tı­sı za­ma­nı SO­CAR-la hə­min şir­kət ara­sın­da əmək­daş­lı­ğa da­ir me­mo­ran­dum im­za­la­na­caq.

Dün­ya neft ba­zar­la­rın­da­kı və­ziy­yət "Cə­nub Qaz Dəh­li­zi"nə ne­cə tə­sir gös­tə­rir...

"Cə­nub Qaz Dəh­li­zi" Məş­və­rət Şu­ra­sı çər­çi­və­sin­də na­zir­lə­rin üçün­cü top­lan­tı­sın­da iş­ti­rak edən bü­tün ma­liy­yə insti­tut­la­rı bu la­yi­hə­yə sa­diq ol­duq­la­rı­nı bir da­ha təs­diq et­di­lər. Bu­nu ic­la­sın ye­ku­nu üz­rə ke­çi­ri­lən mət­bu­at konfran­sın­da Azər­bay­ca­nın ener­ge­ti­ka na­zi­ri Na­tiq Əli­yev de­yib.

Na­zir bil­di­rib ki, "Cə­nub Qaz Dəh­li­zi"nin ümu­mi də­yə­ri son­da 40 mil­yard dol­la­rı keç­mə­yə­cək: "Ma­liy­yə­ləş­dir­mə ilə bağ­lı prob­lem yox­dur. Əgər əv­vəl la­yi­hə­nin də­yə­ri­nin 45 mil­yard dol­lar ol­du­ğu bə­yan edil­miş­di­sə, bu gün dün­ya neft ba­zar­la­rın­da­kı və­ziy­yət­lə əla­qə­dar bu rə­qəm 40 mil­yard dol­la­rı öt­mə­yə­cək".

N.Əli­yev qeyd edib ki, "Cə­nub Qaz Dəh­li­zi"nə qo­şu­lan öl­kə­lə­rin sa­yı ar­ta bi­lər: "2019-cu ilin so­nun­da Yu­na­nıs­tan-Bol­qa­rıs­tan İn­ter­kon­nek­to­ru (IGB) ha­zır ola­caq. Bol­qa­rıs­tan və Ru­mı­ni­ya ar­tıq öz qaz şə­bə­kə­lə­ri­ni bir­ləş­di­rib­lər. Mon­te­neq­ro, Al­ba­ni­ya, Bos­ni­ya və Her­se­qo­vi­na və Xor­va­it­ya İon-Ad­ri­a­tik bo­ru kə­mə­ri la­yi­hə­si üz­rə fə­al iş­lə­yir­lər. Bü­tün bun­lar Azər­bay­can qa­zı üçün bö­yük perspek­tiv­lər ya­ra­dır".

Av­ro­pa­nın ən yük­sək pri­o­ri­te­ti üçün əsas ro­lu Ba­kı oy­na­yır

TAP la­yi­hə­si Av­ro­pa üçün ən yük­sək pri­o­ri­tet­dir. Bu­nu isə Mon­te­neq­ro­nun iq­ti­sa­diy­yat na­zi­ri Dra­qit­sa Se­ku­liç Ba­kı­da mət­bu­at konfran­sın­da de­yib.

O de­yib: "Biz bu la­yi­hə­nin re­al­laş­dı­rıl­ma­sı üçün bü­tün səy­lə­ri­mi­zi bir­ləş­dir­mi­şik".

Ba­ki-xe­ber.com



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

26.10.2026 / 11:22
Elm və Təhsil Nazirliyi İran nazirinin ağzından vurdu - öz ölkənizin problemləri ilə məşğul olun...

26.10.2026 / 10:50
Orbanı BMT-nin Baş katibi olan bilər...

26.10.2026 / 10:25
Mətbuat Şurası jurnalistlərin etik qaydalarına süni intellektlə bağlı əlavələr edib

26.10.2026 / 10:09
Tramp Nobel mükafatı qərarına görə Norveçi "tualet ölkəsi" adlandırdı...

26.10.2026 / 09:54
Husilər günlər sonra işini bərpa edən Ər-Riyad hava limanını yenə vurdu…

26.10.2026 / 09:37
Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edildi - VİDEO

26.10.2026 / 09:24
Lula da Silva yenidən Braziliya prezidenti seçildi

26.10.2026 / 09:12
Həkimlərin maaşına 25 faizədək əlavə... Kimlərə nə qədər ödənilir?

26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ