Fevralın 27-də İtaliyada Transadriatik qaz boru kəmərinin (TAP) çəkilişi üçün zeytun ağaclarının köçürülməsi işlərinə başlanacaq. Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan-İtaliya biznes-forumunda iştirak etmək üçün Bakıya gəlmiş İtaliyanın iqtisadiyyat naziri Karlo Kalenda deyib.
O qeyd edib ki, bütün bu ağaclar köçürülmə üçün hazır vəziyyətə gətirilib.
TAP-ın tikintisi üçün zəruri lisenziyaların verilməsi üzrə danışıqlara gəlincə, nazir bildirib ki, müzakirələr hələ davam edir: "Biz TAP üzrə işləri davam etdiririk. Bu, İtaliya üçün prioritet və iri enerji layihəsidir".