Ermənistanın Milli Təhlükəsizlik Xidmətində bir gündə iki vəzifəli şəxs işindən kənarlaşdırılıb.
Baki-xeber.com yerli mətbuata istinadən xəbər verir ki, bunlar MTX direktorunun müavini Qranr Yepiskoposyan və Xidmətin İstintaq şöbəsinin rəisi Mnatsakan Marukyandır. Prezident Sarkisyanın əmrilə baş tutan bu səs-küylü işdən çəxarılmaların əsl səbəbi barədə xəbər verilmir.
Xatırladaq ki, dünən bu hadisələrlə eyni vaxtda Ermənistanın baş prokuroru Gevorq Kostanyan vəzifəsindən istefa verdiyini açıqlayıb.