Bakının Nərimanov rayonunda yaşayış binasının zirzəmisində yerləşən internet-klubda yanğın baş verib.
Baki-xeber.com-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, vətəndaşa məxsus, ümumi sahəsi 40 m2 olan internet-klubun mətbəxində hava təmizləyici qurğu yanıb. Mətbəx yanğından mühafizə olunub.