Batumidə keçirilən etiraz aksiyasında "Vahid milli hərəkat” partiyasının ofisi qarşısında partiyanın lideri Mixeil Saakaşvili və islam müctəhidi Fətullah Gülənin müqəvvaları yandırılıb.
Baki-xeber.com-un "EAdaily”-yə istinadən xəbərinə görə, aksiya üzvləri Güləni sabiq iqtidar partiyasını maliyyələşdirməkdə ittiham ediblər. KİV-in qiymətləndirməsinə görə, aksiyada 300 nəfərədək etirazçı iştirak edib. Xəbərdə o da bildirilir ki, aksiyanın gedişində qarşıdurma yaşanıb. Gürcüstan DİN-in məlumatına görə, insident zamanı bir nəfər aksiya iştirakçısı saxlanıb.