Wikileaks qurucusu Julian Assanj 15 iyul tarixində Türkiyədə yaşanan çevriliş olaylarına maraqlı şərh verib.
Baki-xeber.com-un "trthaber”ə istinadən xəbərinə görə, Assanj həmin hadisələrin gərgin anlarında dövriyyəyə buraxılan "Prezident Ərdoğan Almaniyadan sığınacaq istədi” xəbərini şərh edib. Xəbərin yayılmasının ardından Ərdoğanın təyyarəsinin İstanbulun Atatürk Hava Limanına enməsinə və Prezidentin təyyarədən xalqa səslənməsinə diqqət çəkən Assanj deyib ki, əslində bu xəbəri dövriyyəyə buraxanların məqsədi millətdə ruh düşkünlüyü yaratmaqla çevrilişin uğurlu alınmasına nail olmaq olub. Sözügedən manevri çevrilişin şansını artırmaq cəhdi adlandıran Assanj deyib ki, əslində bu çox təsirli bir addım idi, çünki bir ölkənin rəhbəri qaçmaq yolunu tutursa, bu onun ölkəyə nəzarəti itirdiyi anlamına gəlir. Üstəlik belə bir xəbər hadisələrin ən qaynar anında yayılırsa, çevrilişin uğurlu alınmasına hesablandığı şübhə doğurmur.
Assanj onu da deyib ki, Ərdoğanın Almaniyadan guya sığınacaq istəməsi xəbərini Amerikanın NBC kanalının yaymasını da təsadüfi saymır.