İrəvanın Azadlıq meydanında günlərdir başlayan mitinq davam edir.
Baki-xeber.com-un yerli mətbuata istinadən xəbərinə görə, lakin bu gün mitinq xaotik şəkildə aparılır. Belə ki, neçə gündür aksiyanın aparıcılığını edən Arutyun Aqlamazyan bu gün istintaqa cəlb olunub. Liderin yoxluğunda isə tribunaya bir-birinin ardınca təsadüfi adamlar çıxaraq kütləyə öz sözlərini deyir. Bu arada o da bildirilir ki, çıxış edənlərdən biri polisi təriflədiyinə görə fitə basılaraq tribunadan endirilib. Güman olunur ki, bu, Sarkisyanın tərəfdarlarının planı olub, lakin keçərli olmayıb.
Mitinqin aktivistlərindən Ani Navasardyan isə kütləyə müraciət edərək, liderin olub-olmamasından asılı olmayaraq, hər gün 19:00-da Azadlıq meydanına toplaşmağa çağırıb.