Qafqaz Universitetinin keçmiş dekanı axtarışa verilib. Aznews.az bildirir ki, Qafqaz Universitetinin İlahiyyat Fakültəsində 3 il dekan vəzifəsini icra edən Sakarya Universiteti İlahiyyat Fakültəsinin müəllimi Davud Aydüz hərbi çevriliş cəhdindən sonra yoxa çıxıb.
Davud Aydüzün həm də Sakarya Universiteti İlahiyyat Fakültəsində çalışan "Hava Qüvvələrinin imamı" Adil Öksüzün müəllimi olduğu məlum olub. 15 iyul hərbi çevriliş cəhdindən sonra Akıncı hərbi hava bazasında tutulan Öksüz məhkəməyə çıxarıldıqdan sonra sərbəst buraxılıb. Hazırda onun harada olduğu məlum deyil.