Türkiyənin ünlü kurort bölgələrindən olan Antalyada partlayış baş verib.
Baki-xeber.com-un "İnterfaks”a istinadən xəbərinə görə, partlayış Antalyanın Cumhuriyyət meydanında çevriliş olaylarına etiraz mitinqi keçirilən zaman baş verib. Nəticədə azı 2 nəfər xəsarət alıb. Onlar dərhal xəstəxanaya qaldırıb. Polisin açıqlamasına görə, partlayış əldədüzəlmə qurğu ilə törədilib. Hazırda insidentlə bağlı araşdırma aparılır.
Qeyd edək ki, çevriliş cəhdinin ardından başlayan və bu günə kimi ölkə boyu davam edən etiraz aksiyaları prezident ərdoğanın çağırışı ilə avqustun 7-də istanbulda keçiriləcək mitinqlə yekunlaşdırılacaq.