Londonun Blumsberi rayonunda naməlum şəxs bıçaqla dinc sakinlərə hücum edib.
Baki-xeber.com-un vesti.ru-ya istinadən xəbərinə görə, ötən gecə yerli vaxtla saat 22:33-də polisə bıçaqla silahlanmış şəxsin insanlara hücum etdiyi barədə məlumat daxil olub. Hücumun baş verdiyi Londonun Blumsberi meydanı isə şəhər əhalisinin sevimli istirahət yeri olduğundan, hər zaman əhalinin sıxlığı ilə seçilir. Çağırışdan 6 dəqiqə sonra polis elektroşokla canini zərərsizləşdirə bilib. Bununla belə, onun xəsarət yetirdiyi 6 nəfərdən birinin həyatını xilas etmək mümkün olmayıb.
Polisin olayla bağlı ilkin versiyasında terrorizm birinci yerdə durur. Belə görünür, terrorizmin üslubu dəyişir və partlayışları soyuq silahla əvəz etmək dövrü başlayıb.