İran KİV-i bu yaxınlarda Səudiyyə Ərəbistanının istefada olan generalı Ənvər Eşkinin İsrailə baş tutan səfərinə geniş diqqət ayırır.
Baki-xeber.com-un "EAdaily”yə istinadən xəbərinə görə, İran KİV-i bildirir ki, vaxtilə Krallığın DİN sistemində yüksək vəzifələr tutan, hazırda isə Ciddədə yerləşən bir siyasi analitik mərkəzə rəhbərlik edən Ənvər Eşkinin Qüdsə səfəri sıradan bir gediş deyil və hər nə qədər Krallıq özünü bu səfərdən kənarda tutmağa çalışsa da, bu ranqda səfərin Ər-Riyadın sanksiyası olmadan reallaşması inandırıcı görsənmir. Xəbərə görə, istefada olan generalın başçılıq etdiyi nümayəndə heyəti Qüdsdə İsrail XİN-in baş direktoru Dori Qold, Ordunun iordan çayının Qərb sahilində keçirdiyi əməliyyatların koordinatoru Yoav Mordexay və Knessetin deputatları ilə görüşüb. Ərəbdilli iran telekanalı Əl-Aləm ehtimal edir ki, söhbət "sionist-vəhhabi ittifaqı”nın genişlənməsindən gedir. Telekanalın versiyasına görə, bu alyans vasitəsilə israil Yaxın Şərqin ərəb ölkələrində parçalanmanı nəzərdə tutan, 1982-ci ildə qəbul olunan doktrinanın reallaşdırılması hədəflənir. Əl-Aləm iddia edir ki, vaxtiıə İran hökuməti sünni təriqətinə mənsub ölkələrə "sionistlərdən gəlcək hədələrə” qarşı birgə mübarizə təklif edib, lakin Səudiyyə rejimi "müsəlmanların qatı düşmənilə” ittifaqa üstenlük verib.