Türkiyə iqtisadiyyatı çevriliş cəhdi üzündən azı 300 milyard TL ziyan görüb.
Baki-xeber.com-un ria.ru saytına istinadən xəbərinə görə, bu barədə ölkənin ticarət və gömrük naziri Bülent Tüfekçi məlimat verib. O deyib ki, ilkin hesablamaya görə, çevriliş cəhdində istifadə olunan təyyarələr, helikopterlər, silahlar, bombalar və onların dağıtdığı binalar nəzərə alınmaqla təxmini belə bir rəqəm ortaya çıxıb.”Lakin detallı araşdırılarsa, bu rəqəmin daha böyük məbləğ ifadə etməsi istisna olunmur. Üstəlik, bunun üzərinə bir çox əcnəbinin ölkəmizə nəzərdə tutulan turist təxirə salmalarını səfərlərini gəlsək, bu məbləğn xeyli artacağı bəllidir. Bu da təbiidir, kim parlament binasına bomba yağdırılan bir ölkəyə getmək istər? Bütün bunlar isə yaxın perspektivdə itkilərimizi artırmaq gücündədir”- deyə "Hürriyet”ə açıqlamasında nazir bildirib. Lakin onu da sözlərinə əlavə edib ki, ölkə bu "çətin imtahandan” çıxmağı bacarıb. Bu fikrini isə onunla əlaqələndirib ki, çevriliş əhdinin baş verməsinə baxmayaraq, bank və birjaların iş rejimində heç bir fasilə yaşanmayıb. Əhalinin 10 milyarddan artıq vəsaiti TL-yə çevirərək banklara yatırması isə dolların kursunun idarəolunmaz artımına əngəl olub.
Xatırladaq ki, ötən ayın 15-də Türkiyədə hərbi çevrilişə cəhd olub, nəticədə 246 nəfər həlak olub, 2000 nəfərdən çox insan isə yaralanıb.