Türkiyənin şərqində baş verən partlayış nəticəsində 5 nəfər polis məmuru dünyasını dəyişib.
Baki-xeber.com-un vesti.ru-ya istinadən xəbərinə görə, polis xüsusi təyinatlıları Bingöl əyalətində kürd silahlılarının hücumuna məruz qalıb. Bu barədə Türkiyənin NTV kanalı xəbər yayıb. Xəbərdə deyilir ki, polisləri daşıyan zirehli transportyor yoldan keçərkən uzaqdan idarə olunan əldədüzəlmə qurğu isə salınıb. Partlayışın gücündən maşın böyrü üstə aşıb. Ağır vəziyyətdə olan polislər dərhal xəstəxanaya qaldırılsa da, onlardan 5 nəfərinin həyatını xilas etmək mümkün olmayıb. Qalan 4 nəfərin müalicəsi davam etdirilir. Lakin onlardan daha ikisinin vəziyyəti ağır qiymətləndirilir.