Avqustun 1-də 2016-cı il sentyabr ayının 26-a təyin olunmuş Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı refendumda təşviqat qrupu qismində iştirak etmək üçün Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən təşəbbüs qrupunun yaradılması məqsədi ilə təşəbbüsçülərin yığıncağı keçirilib.
Trend-in məlumatına görə, yığıncağda 3 952 ilkin təşəbbüsçünü təmsil edən 315 nümayəndə iştirak edib.
Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərin ali məqsəd və məramı nəzərə alınaraq təşəbbüs qrupunun "Yeni Azərbaycan" adlandırılması qərara alınıb.