Əfqanıstanın paytaxtı Kabil şəhərindəki Northgate otelində partlayış baş verib.
Baki-xeber.com-un vesti.ru-ya istinadən xəbərinə görə, bu barədə yerli "TOLONews”telekanalı xəbər yayıb.
Telekanalın xəbərində bildirilir ki, sözügedən otel əcnəbi turistlərin sevimli məkanı olub. Partlayış isə otelin yaxınlığında yerləşdirilmiş yük maşınında törədilib. Bunun dərhal ardından 4 nəfər silahlı binaya hücum etməyə cəhd edib. Xəbərdə o da bildirilir ki, partlayışdan öncə binada elektrik kəsilib. Ölən və yaralılar barədə məlumat verilmir.
Hadisənin məsuliyyətini "Taliban” öz üzərinə götürüb.