Bakının Sabunçu rayonunda döyüş mərmisi aşkarlanıb.
Baki-xeber.com-un xəbərinə görə, iyulun 31-i axşam saatlarında Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonunda döyüş sursatının aşkar olunması barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Risqli Xilasetmə Xidməti hadisə yerinə cəlb olunub. Mütəxəssislər aşkar olunmuş mərminin döyüşə yararlı olduğunu müəyyən edib. Tapılan sursat xüsusi əraziyə aparılaraq zərərsizləşdirilib.