Ermənistan Polisinin Patrul-mühafizə alayının Erebuni rayonunda yerləşən binasını zəbt edən silahlı qrup hökumətə təslim olub.
Baki-xeber.com bu barədə yerli mətbuatdan məlumat əldə edib. Məlumata görə, Ermənistan millli təhlükəsizlik xidmətinin açıqlamasında belə deyilir. Məlumatda bildirilir: "Antiterror əməliyyatı başa çatıb. 20 terrorçu saxlanıb. Patrul-mühafizə alayının binası tam təmizlənib”.
Lakin bunun ardından axşam saatlarında "Sasna dzrer”in saxlanmış üzvlərinin müdafiəsi məqsədilə İrəvanda mitinq başlayıb. Hakimiyyətin təslim olan müxalifətçiləri terrorist adlandırmasına etiraz edən aksiya iştirakçıları avqustun 1-də yenidən Azadləq meydanında toplaşmaq çaəırışı edərək dağılışıblar. Qruplaşmanın Facebook səhifəsində isə belə bir status yer alıb:”Sasna dzrer” üzvləri hərbi əsirə çevrildilər, lakin mübarizə bitməyib. Ümidinizi itirməyin və emiqrasiya etməyin. Savaş davam edir”.