FETÖ soruşdurmaları ilə bağlı barəsində gözaltı qərarı verilən 2 min 700 hakim ve prourorun mal varlığına həbs qərarı qoyulub.
Baki-xeber.com bu barədə CNN Türk-ə istinadən xəbər verir. Xəbərə görə, keçmiş İstanbul valisi Hüseyin Avni Mutlunun da adı həmin siyahıda yer alıb. Beləliklə, adı həmin siyahıda yer alan şübhəlilər barələrində istintaq bitənə kimi əmlaklarını üçüncü şəxsə dövr edə bilməyəcəklər. Ancaq aylıq xərcləri üçün son aldıqları maaş qədərində hesablarından pul çıxara biləcəklər.
Sulh cəza hakiminin verdiyi qərar tutulanların bu əmlakları FETÖ çetesi ilə faaliyət nəticəsində əldə etdikləri barədə şübhələrin olması ilə izah olunur.