İrəvanda "Sasna dzrer” (Sasun qəzəbliləri) tərəfdarlarının iyulun 30-da keçirilən aksiyasında dəhşətli olay yaşanıb.
Baki-xeber.com-un panarmenian saytına istinadən xəbərinə görə, mitinqçilərdən biri hakimiyyətə etiraz əlaməti olaraq özünə od vurub. Xəbərə görə, onu söndürmək mümkün olub. Aldığı yanıq xəsaeərlərinə baxmayaraq, etirazçı polis maşınına minməkdən imtina edərək aksiyanın keçirildiyi Baqramyan küçəsini tərk edib və aktivistlər onu tksidə xəstəxanaya aparıb.
Xatırladaq ki, 17 iyulda İrəvanın Erebuni rayonunda silahlı qrupun polis alayına hücumu və müxalifət lideri Səfilyanın həbsdən buraxılması tələbilə başlayan etirazlar sonradan Sarkisyanın istefası tələbilə daha da genişləndi və həmin aksiyalar bu gün də davam edir.