Türkiyə kəşfiyyatı 2015-ci ilin mayından aralarında 600 yüksək vəzifəli məmurun da olduğu 40 min nəfər Gülən tərəfdarını müəyyənləşdirsə də, onların yazışmalarında çevriliş cəhdilə bağlı hər hansı xəbərə rast gəlməyib.
Baki-xeber.com-un gazeta.ru-ya istinadən xəbərinə görə, bu barədə Almaniyanın N-TV kanalı adının açıqlanmasını istəməyən türkiyəli məmurun məlumatına əsasən xəbər yayıb. Xəbərdə bildirilir ki, Türkiyə Xüsusi xidməti gülənçilərin yazışmalarına çıxış əldə etmək məqsədilə ByLock sistemindən istifadə edib. Lakin həmin sistem sayəsində Gülən tərəfdarlarının kimliyini müəyyən etmək mümkün olsa da, onların yazışmalarında çevrilişlə bağlı hər hansı informasiyanı öncədən tuta bilməyib.
Daha öncə Ərdoğan Güləni hansısa "rəhbər”in idarə etdiyi "marionet” adlandırıb.