Bu gün Almaniyanın Münhen şəhəri yenidən bomba həyəcanı yaşayıb.
Baki-xeber.com-un "EAdaily”-yə istinadən xəbərinə görə, polisə eyni anda həm vağzala, həm də şəhərin iri ticarət mərkəzlərindən birinə bomba qoyulması ilə bağlı məlumat daxil olub. Dərhal hər iki ünvanda insanlar evakuasiya olunub. Bu barədə şəhər polis idarəsinin tvitter səhifəsində xəbər yer alıb. Xəbərdə o da bildirilib ki, vağzal ərazisində polis şübhəli əşya aşkarlayıb. Hazırda həmin əşya üzərində təhqiqat aparılır.
Polis əhalini təmkinli olmağa və panikaya düşməməyə çağırıb.