Bu gün Yevlax-Xaldan yolunda "KAMAZ” markalı yük, "OKA” və "QAZ” markalı minik avtomobilləri toqquşub.
Baki-xeber.com Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, bu barədə məlumat alan Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin xilasediciləri operativ şəkildə hadisə yerinə cəlb olunaraq, deformasiyaya uğramış "OKA” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış vətəndaşın cəsədini nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
Hadisənin motivləri araşdırılır.