Dağıstanın hüquq-mühafizə orqanları İŞİD-çi dəstə başçısı Kamaldin Kazimaqomedovu neytrallaşdırıb.
Baki-xeber.com-un vesti.ru-ya istinadən xəbərinə görə, ətrafında əməliyyat aparılan dəstə başçısı Suriyada terrorçu təşkilatın sıralarında vuruşub və yüzlərlə əliyalın insanın ölümünə səbəb olub.
Xəbərə görə, 1990-cı il təvəllüdlu Kazimaqomedov Misirin Əl-Əzhər islam universitetində təhsil alıb. 1915-ci ilin fevralından isə cənub qrupuna rəhbərlik edib. Əməliyyat zamanı banda başçısı polislərə atəş açıb və polisin cavab atəşilə məhv edilib. Xoşbəxtlikdən, polis və dinc sakinlərdən xəsarət alan olmayıb. Hadisə yerindən xeyli sayda sursat və əldədüzəlmə partlaıcı qurğular götürülüb.