İrəvanda polisin aksiyanı dağıtması nəticəsində 60-dan çox insan xəsarət alıb.
Baki-xeber.com-un yerli mətbuata istinadən xəbərinə görə, bu barədə ölkənin Səhiyyə nazirliyinin mətbuat katibi Anait Aytayan özünün facebook səhifəsində yazıb. Onların əksəriyyətinin yanıq xəsarətləri aldığı xəbər verilir. Bundan əlavə, bir nəfər gözündənxəsarət alıb, bir polis isə qarın boşluğundan güllə yarası alıb. Xəsarət alanların İrəvanın 5 ayrı-ayrı xəstəxanalarına yerləşdirildiyi də gələn xəbərlər sırasındadır.