İrəvanda müxalifətinaksiyasını zor gücünə dağıdan polis eyni zamanda bir neçə KİV-in nümayəndəsinə də xəsarət yetirib.
Baki-xeber.com-un erməni saytlarına istinadən xəbərinə görə, Sari Tax rayonunda birbaşa efirə reportaj yayımlayan "Birinci kanal”ın əməkdaşları Maryam Qriqoryan və David Arutyunyan xəsarət alıb. Xəbərə görə, birinci topuğundan xəsarət alsa da, ikincini polislər döyərək linç ediblər. Eyni zamanda onun videokamerasını da sındırıblar. Bundan başqa, "Armeniya” telekompaniyasının xəbərlər müxbiri Aqvan Aqoyan və operator Albert Qalstyan vəhşicəsinə döyülüb. Üstəlik onun da kamera və mikrofonu əlindən alınaraq sındırılıb. Döyülənlər sırasında "Azadlıq” radiosunun müxbirləri də olub. Panorama.am saytının operatoru isə partlama nəticəsində xəsarət alıb. Bundan əlavə, "A+” telekanalının jurnalistinə də xəsarət yetirilib.
Ölkənin Səhiyyə Nazirliyindən panorama.am saytına bildiriblər ki, hazırda xəsarət alanların sayı dəqiqləşdirilir.