İstanbul Bayrampaşada partlayış şoku yaşanıb. Bu barədə baki-xeber.com Türkiyənin "Hürriyet" qəzetinə istinadən xəbər verir.
Xəbərə görə, partlayış Bayrampaşa metro stansiyası yaxınlığında yerləşən üst keçiddə yaşanıb. Nəticədə metro qatarının şüşəsi sınıb, sərnişinlərdən isə bir nəfər xəsarət alıb. 36 yaşlı yaralı Adnan Yalçının vəziyyətinin normal olduğu bildirilir.
"Sözcü” qəzeti isə polis orqanlarına istinadən bildirir ki, hadisə nəticəsində iki nəfər xəsarət alıb. Onlardan biri partlayış anında olduğu avtomobilin şüşəsinin qırılması nəticəsində gözünün altından, digəri isə yoldan keçərkən ayağından yaralanıb. Hər iki şəxs Haseki Egitim və Tədavi Xəstəxanasında müalicəyə qəbul olunub. İstanbul valisi Vasip Şahin partlayışın səbəbinin hələlik bilinmədiyini açıqlayıb. Hadisə yerinə polis və yanğınsöndürənlər gəlib. Ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib. Qeyd edək ki, İstanbulda partlayış olayından yazan Rusiya saytları "Reuters”ə istinadən 5 nəfərin öldüyü barədə xəbər yayıb.
Qeyd edək ki, İstanbulda partlayış olayından yazan Rusiya saytları "Reuters”ə istinadən 5 nəfərin öldüyü barədə xəbər yayıb.