Türkiyə KİV-də Rusiya ilə hərbi sferada əlaqərin davam etdiyini göstərən video yayılib. Görüntülərdə Türkiyə sualtı qayığının Dardanel boğazında Rusiya Hərbi Dəniz Qüvvələrinin "Yauza” nəqliyyat vasitəsini qarşıladığı əksini tapıb. Baki-xeber.com-un gazeta.ru saytına istinadən xəbərinə görə, bu barədə "Haberler” türk nəşri məlumat yayıb. Qəzet noyabrın 30-da çəkildiyi deyilən, Çanaqqalada submarinin nəqliyyat vasitəsinə doğru üzdüyünü göstərən videonu da paylaşıb.
Daha öncə isə Rusiya Müdafiə Nazirliyi Türkiyə hərbiyyəsi ilə bütün əlaqələrin dayandırıldığını bildirmişdi.