Cümə axşamı günü, 05 noyabr 2026
     

Polis "Allahsız" deyil ki... "əliyalın möminlərə" güllə atsın...

Image


Vətən üçün...

"Tənhalıq hardan başlayır, harada bitir, ayrılıq niyə ölümdən də betər olur" sualının cavabının çox çətin olduğunu sanmışdım. Sən demə, cavab tapmaq üçün dəridən-qabıqdan çıxmağa, filosofluq eləməyə gərək yoxmuş. "Ölüm nədir, rəngi necədir" sualının da cavabını tapmışam. İndi "ölüm nədir, əcəl hansı şəkildə olur" deyəndə gözlərimin önünə insan gəlir. Ölümün bir adı da insandır, insan həm də əcəlin şəklini dəyişmiş formasıdır.
Yəni İlahidən gələn ölüm və əcəl ucalığını insanlar çox adiləşdiriblər, adamlaşdırıblar daha doğrusu...
Anladım ki, bu dünyada bir insan üçün ən böyük tənhalıq əzizini, doğmasını itirəndən sonra başlayır. Bəs görəsən, dünyasını dəyişən birinin tənhalığı bu dünyanı tərk etməklə bitirmi? Yox, əsla yox...
Bəlkə elə qəbir əzabı deyilən məfhum tənhalığın özüdür?! Torpağa tapşırılan cansız cəsəd əl-ayaq çəkiləndən sonra əbədi, uzun sürən, ta qiyamətə qədər davam edən tənhalıqla üzbəüz qalmırmı?
Elə dörd divar arasında sıxılmaq da tənhalıqdır...
Dünən onları Vətən torpağına əmanət edəndə bu fikirlər beynimi sarmaşıq kimi sarmışdı. Əcəl zənginin onlar üçün belə tez çalınmağı, içi mən qarışıq, orda olan hər kəsdə ölümə az da olsa seziləcək qədər nifrət oyatmışdı. Axı əzizlərimizi, doğmalarımızı itirmişdik. Bəs bu vaxtsız ayrılığın baiskarı kimlər idi?!
O güllələri, o qumbaranı onlara düşmənmi atmışdı?
"Nər" sözü ilə adı başlayan yurdun övladlarının belə münasibətini sinirmək asan deyil, mənim əzizlərim. Amma onlar da fitvaya getdilər. Məlum kimlərinsə əlini öpüb onların ideyalarına sadiqliyini nümayiş etdirmək üçün talehkimilərin sözü ilə tapındıqları Haqdan gərək əllərini üzməyəydi nardaranlılar. Axı Vətənin varlığı dindən də, inancdan da üstündür, hər şeydən vacibdir. Min illər boyu suyunu içib, çörəyini yediyimiz, havasını udduğumuz Vətəni, torpağı qızıl sinidə kiməsə verməklə öz bədbəxtliyimizə yol açmış, imza atmış oluruq. Bir az da açıq desəm, dəyişən dünya düzəni, rus-fars qardaşlaşması bizlərə "Gülüstan"ı, "Türkmənçay"ı xatırlatmırmı? Bu torpağın taleyini satılmış talehlərə həvalə etmək keçmişi topa tutmaq, gələcəyi güllələmək deyilmi?
Həlak olan polis əməkdaşları Vüqar Nəsibovun, İsmayıl Tağıyevin günahı nə idi? Axı onlar islam, din pərdəsi altında maskalanmış birilərinin əməllərini ifşa etmək üçün görəvləndirilmişdilər. Bu görəv, əslində, xalqı və dövləti gələcək bəlalardan qorumaq üçün çox vacib idi.
Hadisələrlə bağlı izlədiyim nüanslardan biri daha çox diqqətimi çəkdi. Deyirdilər ki, guya polislər namaz zamanı nardaranlılara hücum ediblər. Mən hər iki həmkarımızı yaxşı tanıyırdım. Onlar "namaz qıla-qıla" güllə, qumbara atıb namazı batil edənlərdən qat-qat inanclı, imanlı və vətənpərvər idilər.
Bir məqamın üstündə xüsusilə dayanmaq istəyirəm. Namaz qılarkən insan bu dünyanı unudur. Çünki sən Allahın, səni Yaradının qarşısında durub Ondan bağışlanmanı diləyirsən. Yəni namazda olduğun vaxt çevrəndə baş verənlər səni mömin olaraq bu rabitədən heç bir vəchlə ayıra bilməz. Əlbəttə ki, söhbət əsl mömindən və müsəlmandan gedir.
Və Azərbaycan Polisi "Allahsız" deyil ki, namaz üstə, dilində "Allahu-əkbər" deyən "əli yalın möminlərə" güllə atsın.
Demək, hadisə "möminlər" namazda olarkən baş verməyib, onların ölkəmizi, dövlətimizi parçalamaq, asayişi pozmaq üçün hazırladığı planlardan duyuq düşüb ifşa etməyə gələn həmkarlarımıza silahla dirəniş göstəriblər, cinayət əməli törədiblər. Sadəcə orada din, iman, Allah xofu və sevgisi insanları qandırmaq üçün bir vasitə idi.
Qardaş da qardaşa güllə atarmı? Özü də kimə?
Qarabağ döyüşlərində sıralarından yüzlərlə əməkdaşı şəhid olan, ölkəmizin bütövlüyü uğrunda gecə-gündüz yorulmadan xidmət edən, asayişi qoruyan, sabitliyi təmin edən Azərbaycan Polisinə. Odlar, əjdahalar, canavarlar arasında qalan Vətəni, torpağı, xalqı qorumaq üçün beynini xurafat gəmirən, sülh, qardaşlıq rəmzi olan əsl islamın mahiyyətini bilməyən, Azərbaycanı sevməyənlərin əl quzusuna çevrilənlərin hər cür təxribatının qarşısını almaq naminə ölümün gözünə dik baxan Vətən oğullarına güllə sıxanlara, sıxdıranlara nə ad vermək olar?
O açılan güllələr nardaranlılara, bakılılara, qarabağlılara, irəvanlılara, dərbəndlilərə, təbrizlilərə, borçalılara deyil, xəyalımızda hər zaman varlığını arzuladığımız, sərhədlərini çizdiyimiz Vətənimizə-Azərbaycanımıza dəydi.
Necə ki, Məmməd Araz deyirdi:
Səndən, məndən ötən zərbə,
Vətən, Vətən, sənə dəydi!!!
Dost itirmək ağır dərddi. Vüqar da mənim dostum idi. O, 1975-ci ildə qədim oğuz-türk yurdu, indiki Ermənistan Respublikasının Kalinino rayonunun Mixaylovka (rayonun və kəndin adı haylar tərəfindən dəyişdirilib) kəndində keçmiş milis ailəsində doğulmuşdu. Atası Eyyub kişi beş övladını halal zəhməti, alın təri ilə dolandırırdı. O, haramdan uzaq durmağı, halalı sevməyi, halal yeməyi və qazanmağı öyrətmişdi, daha doğrusu, sevdirmişdi övladlarına.
Vüqar kiçik yaşlarından idmana həvəsliydi, güləşlə məşğul olurdu. Hətta rayonda erməni "dığaları"nın kürəyini yerə vuranda "türk, türk" deyib qəzəblərini gizlədə bilmirdi düşmənlərimiz.
1988-ci il hadisələrindən sonra düzəni dəyişdi, mizanı pozuldu dünyanın. Xaricdəki və imperiyadakı havadarlarından dəstək görən haylar bizləri yurdumuzdan-yuvamızdan pərən-pərən saldı. Ellər, obalar viranə qaldı. Yer-yurd adlarımız haylaşdırıldı.
Polis mayoru Vüqar Nəsibovun ailəsi də həmin hadisələrdən sonra qaçqınlıq, köçkünlük həyatını yaşamağa məhkum oldu. Yurd ağrısı, torpaq itkisi ürəkdə dağa, alında şırıma dönsə də, soydaşlarımız o yurda dönmək həsrətinə boy verib toparlana bildilər. O torpaqlara dönmək arzusu gözündə qalan və dünyasını dəyişən böyüklərin həsrəti, nisgili sanki dünənin uşaqlarını bir boy böyütdü, onları vaxtsız yaşlandırdı.
Vüqar atasının yolunu davam etdirmək, böyük qardaşı İmran kimi polis olmaq arzusu ilə çalışdı, çabaladı. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirdi. Həqiqi hərbi xidmət keçdi. Peşəkar idmançı kimi özünü təsdiq etdi. Daxili işlər orqanlarına qəbul olundu. DİN-in Polis Akademiyasında təhsil aldı. Xidmətdə bişdi, püxtələşdi. Həm Həm idmançı kimi bayrağımızı qaldırdı, həm də xidmətdə uğurlar əldə etdi. Çox sınaqlardan keçdi həmkarımız. Fədakarlığı DİN və ölkə rəhbərliyinin diqqətindən yayınmadı. "İgidliyə görə" medalı ilə təltif olundu.
Və məlum Nardaran hadisələri. O, daha doğrusu, onlar düşmən gülləsindən deyil, soydaşlarımızın atdığı güllələrdən həyata ömürlük əlvida dedilər. Vüqar 40-dan o yana keçə bilmədi...
Ömrünün qürub çağını yaşayan dərdli babaya "Atam hanı, nə vaxt gələcək" deyən Fəridə və Fidana onun necə cavab verəcəyini düşünəndə göz yaşına hakim ola bilmirsən.
Bir dostu, həmkarı, yurddaşı kimi Vüqardan çox yaza, çox danışa bilərəm. Yeri gəlmişkən, il yarım bundan öncə onunla bir dostumuzun xeyir işində görüşəndə: "Hafiz, bizim yerlərdən çox yaz, qoy bizdən sonra gələnlər o torpağı unutmasınlar, o yurda qayıtmaq, böyük Azərbaycanı qurmaq üçün çalışsınlar", - deyib boynumu qucaqlamışdı.
O şaqraq gülüşü, təmkini gözlərimin önündədir. Dərdə bax ki, onun yoxluğu barədə indi bu misraları yazıram. Dərd ölçüyə, çəkiyə gəlməz ki...
Ayaqlarını qucaqlayıb oturan Fərid Yoxluğun və Dərdin böyüklüyünü hələ dərk etmir. Amma üzündə qəribə bir kədər, üzüntü var həmkarımızın oğul balasının.
Onun ölüm xəbərini eşidib ata evinə gələnlərin, onu xatırlayanların üzünə sanki payızın sonuncu nəfəsinin sarılığı çöküb. Gözlər, baxışlar, sözlər qəmlidi, kədərlidi.
Ruhunuz şad olsun, əziz qardaşlarım və paqondaşlarım. Bu Vətən, bu torpaq əsla sizi unutmayacaq, işıqlı xatirəniz hər zaman qəlbimizdə əbədi yaşayacaq. Ölkə Prezidenti cənab İlham Əliyevin sizləri təltif etdiyi "Azərbaycan bayrağı" ordeni isə bundan sonra cinayətkarlıqla, ölkəmizi, Vətənimizi bölmək, təxribat yaratmaq istəyənlərlə ciddi mübarizədə, haqq işimizdə həmişəyanar mayak olacaq.
Hafiz Təmirov,
polis kapitanı
 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqaviləsi imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ