Böyük Britaniya Rusiya üçün gözlənilməz bir şəkildə onunla bütün əlaqələri dayandırıb. replyua.net saytı Rusiyanın Birləşmiş Krallıqdakı səfiri Aleksandr Yakovenkoya istinadən bildirir.
O qeyd edib ki, Britaniya tərəfi Suriya və Ukraynadakı vəziyyətlə bağlı Rusiya ilə bütün əlaqələri dondurub. Səfirin sözlərinə görə, Britaniya Rusiya ilə yüksək səviyyədə dialoqdan da imtina edib. Yakovenkodeyib ki, iqtisadi və ticari məsələlərlə yanaşı, iki ölkə arasında birgə aparılan elmi proqramlar da dondurulub. Eyni zamanda rəsmi şəkildə bildirilib ki, rusiyalı diplomatlara viza verilməyəcək və Britaniyadakı Rusiya səfirliyinin əməkdaşları arasında ixtisarlar aparılacaq. "Bildirilir ki, indiki halda tərəflər yalnız mədəniyyət məsələlərilə bağlı ünsiyyət qura bilər” – deyə Yakovenko dəqiqləşdirib. Səfirin sözlərinə görə, diskussiyaların aparıldığı bütün forumlar yarımçıq kəsilib. Diplomat baş verənlərdən ciddi təəccüb içində olduğunu gizlətməyib...