ABŞ prezidenti Barak Obama rusiyalıı həmkarı Vladimir Putinlə Paris görüşündə Rusiya təyyarəsinin Türkiyə HHQ tərəfindən vurulmasından təəssüfləndiyini bildirib. Baki-xeber.com-un RİA”Novosti”yə istinadən xəbərinə görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, 30 noyabrda Parisdə keçirilən iqlim dəyişikliyinə həsr olunmuş konfrans çərçivəsində Suriya məsələsi də müzakirə olunub. Obama və Putin problemin siyasi həllinin mümkünlüyünü müzakirə ediblər.
Görüşdə prezidentlər Ukrayna ilə bağlı Minsk razılaşmasının tezliklə reallaşmasının zəruriliyini qeyd ediblər. Peskov deyib ki, prezidentlər arasında görüş yarım saat çəkib və çox məhsuldar olub.
Reuters-in xəbərinə görə isə, Ağ Evin sözçüsü də prezidentlərin Suriya və Ukrayna ilə bağlı müzakirələr apardığını bildirib. Onun sözlərinə görə, Obama Əsədin getməsində israr edib və bunun siyasi küçidinbir hissəsi olacağını deyib. Bundan əlavə, o, Ukrayna böhranının diplomatik yolla çözümünün vacibliyinə diqqət çəkib və qeyd edib ki, Minsk razılaşmasına əməl olunarsa, Moskvaya tətbiq olunan sanksiyalar qaldırıla bilər.