Cümə axşamı günü, 18 iyun 2026
     

Prezident Azərbaycan dövlətinin əsas siyasət istiqamətlərini yeni deputat korpusuna təqdim etdi

Image


"Azərbaycan Avropanın enerji xəritəsini yenidən tərtib edir"

"Xalqımız imkan verməz ki, Azərbaycan ərazisində ikinci erməni dövləti yaradılsın"

Dünən Azərbaycan Respublikasının beşinci çağırış Milli Məclisinin ilk iclası öz işinə başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib. İclası Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev açıb. O deyib ki, Milli Məclisin Daxili Nizamnaməsinin 2-ci maddəsinə görə, yeni seçilmiş Milli Məclisin birinci iclasını ən yaşlı deputat aparır. Bu missiya Milli Məclisin deputatı Fəttah Heydərova nəsib olub.
İclasa sədrlik edən Fəttah Heydərov beşinci çağırış Milli Məclisin iclasını açıq elan edib.
Azərbaycan Respublikasının dövlət himni səslənib.
Fəttah Heydərov deyib ki, Milli Məclisin Daxili Nizamnaməsinin 2-ci maddəsinə əsasən, yeni çağırış Milli Məclisin ilk iclasında seçilən deputatların siyahısı oxunmalı, Hesablayıcı Komissiya və Milli Məclisin sədri seçilməlidir.
Sonra F.Heydərov beşinci çağırış Milli Məclisə seçilmiş deputatların siyahısını oxuyub. Fəttah Heydərov beşinci çağırış Milli Məclisin ilk iclasında çıxış üçün sözü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə verib.
Dövlət başçısı beşinci çağırış Milli Məclisin birinci iclasında nitq söyləyib.
"V çağırış Milli Məclisin fəaliyyətə başlaması münasibəti ilə sizi təbrik edirəm. Noyabrın 1-də keçirilən seçkilər Azərbaycan xalqının iradəsini əks etdirir. Seçkilər şəffaf və ədalətli şəkildə keçirilib, bunu beynəlxalq müşahidəçilər də təsdiq edib".
Bunu Azərbaycan Prezidenti İlham Əliyev V çağırış Milli Məclisin ilk sessiyasında çıxışında deyib.
Dövlət başçısı bildirib ki, bu seçkilərlə Azərbaycan demokratiya yolunda növbəti uğurlu addım atıb: "Azərbaycan demokratiyaya sadiqdir və ölkəmizdə bütün demokratik təsisatlar uğurla fəaliyyət göstərir. Son illər ölkədə gedən inkişaf prosesləri bu seçkinin nəticələrinə də mühüm təsir göstərib".
Prezident İlham Əliyev deyib ki, ölkəmizin beynəlxalq nüfuzu artır, dünyada etibarlı tərəfdaş kimi tanınır: "Azərbaycan iqtisadi baxımdan sürətlə inkişaf edir, bu da vətəndaşların həyatına təsir edir. Yoxsulluq və işsizliyə qarşı mübarizə sahəsində Azərbaycan ciddi nailiyyətlər qazanıb. Bütün bu uğurların təməlində sabitlik dayanır".
Prezident bildirib ki, Azərbaycanda millətlər və dinlərarası münasibətlər ən yüksək səviyyədədir. Bu məsələdə dövlət siyasəti ilə ictimai dəstək vəhdət təşkil edir.
Dövlət başçısı bildirib ki, V çağırış Milli Məclisin qarşısında yeni çağırışlar durur: "Hələ də problemlər var və əsas diqqət həmin problemlərin həllinə yönəlməlidir. Bu sırada ilk yeri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tutur. Ermənistan münaqişənin nizamlanmasında maraqlı deyil. Beynəlxalq hüquq və tarixi ədalət Azərbaycanın tərəfindədir, münaqişənin həlli ilə bağlı BMT və digər beynəlxalq təşkilatlar qərar və qətnamələr qəbul ediblər. Xalqımız imkan verməz ki, Azərbaycan ərazisində ikinci erməni dövləti yaradılsın".
Prezident İlham Əliyev deyib ki, ATƏT-in Minsk Qrupunun fəaliyyəti hələlik səmərə vermir: "Bununla belə, diplomatik və siyasi səylər davam etdiriləcək. Münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi vacibdir".
Dövlət başçısı onu da qeyd edib ki, Azərbaycanın hərbi potensialının gücləndirilməsi prioritetdir: "Bu, ölkəmizin təhlükəsizliyi üçün vacibdir".
Prezident qeyd edib ki, Azərbaycanın daha da inkişaf etdirilməsi baxımından sistem xarakterli islahatlar, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə davam etdirilir. Dövlət başçısı bildirib ki, iqtisadi sahədə qeyri-neft sektorunun inkişaf etdirilməsi, bölgələrdə infrastruktur və sosial təyinatlı layihələrin həyata keçirilməsi vacibdir.
Prezident İlham Əliyev deyib ki, Azərbaycan liderlik göstərərək Avropanın enerji xəritəsini yenidən tərtib edir: "Cənub Qaz Dəhlizinin reallaşması ölkəmizin imkanlarını daha da genişləndirəcək, bölgədə və qitədə gedən proseslərə Azərbaycanın təsir imkanlarını artıracaq. Bundan əlavə, Şərq-Qərb nəqliyyat dəhlizinin yaradılmasında Azərbaycan mühüm rol oynayır. Heç bir kənar qüvvə bizim siyasətimizə təsir edə bilməz və ölkəmizə qarşı aparılan çirkin kampaniyalara ən gözəl cavab Azərbaycan reallıqlarıdır".
Dövlət başçısı qeyd edib ki, dünyada vəziyyət, güclər nisbəti dəyişir: "Azərbaycanda isə təhlükəsizlik təmin edilir. Azərbaycan özünü hər bir xarici müdaxilədən qorumaq iqtidarındadır. Azərbaycan müstəqillik yolu ilə uğurla gedir".
Milli Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq, parlamentin sədri vəzifəsinə deputat Oqtay Əsədovun namizədliyi irəli sürülüb.
O.Əsədov Milli Məclisin sədri vəzifəsinə namizədliyinin irəli sürülməsinə görə Yeni Azərbaycan Partiyasının sədrinə və partiya həmfikirlərinə minnətdarlığını bildirib.
O.Əsədov gizli səsvermə ilə yenidən Milli Məclisin spikeri seçilib.
Milli Məclis sədrinin müavinləri də seçilib. Deputat Ziyafət Əsgərov Milli Məclis sədrinin birinci müavini, Bahar Muradova və Valeh Ələsgərov sədrin müavinləri seçiliblər.
Milli Məclisin V çağırış sessiyasının birinci iclasında parlamentin komitələrinə yeni sədrlər də seçilib, həmçinin bir neçə yeni komitə yaradılıb.
Səsvermə nəticəsində Hüquq siyasəti və dövlət quruculuğu komitəsinə Əli Hüseynli, Təhlükəsizlik, müdafiə və korrupsiya ilə mübarizə komitəsinə Ziyafət Əsgərov, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinə Valeh Ələsgərov, Elm və təhsil komitəsinə İsa Həbibbəyli, Mədəniyyət komitəsinə Rafael Hüseynov, İnsan hüquqları komitəsinə Bahar Muradova, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinə Səməd Seyidov, Əmək və sosial siyasət komitəsinə Hadı Rəcəbli, Aqrar siyasət komitəsinə Eldar İbrahimov, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinə Ziyad Səmədzadə, Regional məsələlər komitəsinə Arif Rəhimzadə, yeni yaradılan Səhiyyə komitəsinə Əhliman Əmiraslanov, Ailə, qadın və uşaq məsələləri komitəsinə Aqiyə Naxçıvanlı, İctimai birliklər və dini qurumlar komitəsinə Siyavuş Novruzov, Gənclər və idman komitəsinə isə Fuad Muradov sədr seçilib.
Bununla da beşinci çağırış Milli Məclisin birinci iş günü başa çatıb.
Xəbər xidməti
 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Baş həkimə illər öncə açılmış cinayət işi yenidən təzələndi...

Avropa Komissiyasından Trampın kürəkəninə ağır zərbə - "dayandırın"...

Ümumi daxili məhsulla bağlı maraqlı vəziyyət yarandı - həm müsbət, həm də mənfi tərəfləri var...

SON XƏBƏRLƏR

18.06.2026 / 05:58
Deputatın qatili Putinin dostu çıxdı

18.06.2026 / 05:25
İran-ABŞ Anlaşma Memorandumu Vaşinqtonun məğlubiyyət sənədidir - Qalibaf

17.06.2026 / 22:55
Dron zərbələri Putini qeyri-adi qərara məcbur etdi - 95 standartı ilə 92 benzin...

17.06.2026 / 22:39
Bakı və Abşeron bələdiyyələri reklam gəlirlərini gizlədir - iddia...

17.06.2026 / 22:11
Tramp İran məsələsində “günah keçisi”ni tapdı - Vens “gedəcək”…

17.06.2026 / 21:48
Tramp İran müharibəsindən sonra “yeni Ukrayna siyasətinə başlayır” - kimin yanında?...

17.06.2026 / 21:35
G7-də "Beyrut gərginliyi" - Tramp Netanyahuya Livanla bağlı xəbərdarlıq etdi

17.06.2026 / 20:38
Putin Zelenskinin Fransada G-7 zirvəsində görüş təklifindən imtina etdi...

17.06.2026 / 20:15
Qəbul imtahanının nəticəsi açıqlandı...

17.06.2026 / 20:14
Professor Asif Rüstəmlinin yeni kitabı çap olunub

17.06.2026 / 19:50
MSK icazə verdi - Köçəryana cinayət işi açılır...

17.06.2026 / 19:35
Britaniya Baş nazirinin iki əmlakı və avtomobili yandırıldı - arxasından Rusiya kəşfiyyatı çıxdı...

17.06.2026 / 19:09
Əlaqələndirmə Qərargahının iclasının iştirakçıları Xocalıda meyvə bağları ilə tanış olublar - FOTO

17.06.2026 / 19:02
Mingəçevir Dövlət Universitetində nəticəyönümlü akademik fəaliyyətin qiymətləndirilməsi üzrə rəqəmsal idarəetmə modeli istifadəyə verilib

17.06.2026 / 18:46
“Psixiatriya yardımı haqqında” qanunda dəyişiklik müzakirəyə çıxarıldı - FOTO

17.06.2026 / 18:29
"907-ci düzəliş Azərbaycan-ABŞ tərəfdaşlığının səviyyəsi ilə uzlaşmır" - XİN rəhbəri

17.06.2026 / 18:16
Lukaşenko artıq Avropanın onu diktator hesab etmədiyini deyir – o dövr çoxdan geridə qalıb...

17.06.2026 / 17:45
Bakıda xarici narkotacirlərlə işləyən şəxs yaxalandı - 51 kq marixuana, 2000 ədəd həb...

17.06.2026 / 17:31
Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi

17.06.2026 / 17:25
Deputat Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib

17.06.2026 / 17:18
Paşinyan bir müxalifət liderindən başqa digərlərini məhv etmək istəyir - Sarkisyan niyə "gözüqara" olub...

17.06.2026 / 17:03
"Azərbaycanın kritik mineral ehtiyatlarının 80 faizdən çoxu işğaldan azad edilmiş ərazilərdədir" - Nazir

17.06.2026 / 17:01
Əraqçi Lavrovu İran-ABŞ memorandumunun təfərrüatları barədə məlumatlandırdı

17.06.2026 / 16:46
“Köhnə çamadanlar” Adana tamaşaçısı ilə görüşdü

17.06.2026 / 16:45
Üç dövlət Ermənistana Rusiya müdaxiləsinin qarşısını almaq üçün addım atır...

17.06.2026 / 16:27
Banklar ipoteka-mənzil satışında ağlasığmaz süründürməçiliyə yol verir...

17.06.2026 / 16:14
Tramp Fransada yeni “planını açdı” - Suriyanı, Türkiyəni və Hizbullahı bir - birinə vurdurmaq...

17.06.2026 / 16:07
Maşınların icbari sığortasının yeni qaydalarında ziddiyyətlər var...

17.06.2026 / 15:55
Yeni idarəetmə orqanı -medianın iqtisadi mütəqilliyi üçün yeni mənbələr necə açılacaq?...

17.06.2026 / 15:53
Prezident səhiyyə işçilərini təltif etdi

17.06.2026 / 15:44
Əlaqələndirmə Qərargahının iclasının iştirakçıları Ağdərənin Baş planı ilə tanış olublar - FOTO

17.06.2026 / 15:38
MEDİA və İƏT Xəbər Agentlikləri Birliyi media sahəsində əməkdaşlığı müzakirə edib - FOTO

17.06.2026 / 15:31
Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdərə şəhərində keçirilib - FOTO

17.06.2026 / 15:07
Prezident İlham Əliyev Məhəmməd Süleyman Əl-Casiri “Dostluq” ordeni ilə təltif etdi

17.06.2026 / 14:49
Avroittifaq Ermənistanla "Əlahiddə ticarət tədbirlərinə" başladı - Rusiyanın acığına...

17.06.2026 / 14:46
Tramp 3 noyabradək ən azı Rusiya-Ukrayna memorandumu imzalamağı hədəflədi...

17.06.2026 / 14:43
Hökumət əhalinin Bakıdan regionlara axını üçün hərəkətə keçdi...

17.06.2026 / 14:33
Azərbaycanın Ermənistanla qaz ticarəti başlamamış Rusiya hərəkətə keçib...

17.06.2026 / 14:30
Əlaqələndirmə Qərargahının üzvlərinin Ağdərə və Xocalıya səfəri başlayıb - FOTO

17.06.2026 / 14:27
Rusiya Ermənistan üçün daha əvvəlki Rusiya deyil...

17.06.2026 / 14:20
Bu şəxslər 20 illik gəlir vergisindən azad edilir...

17.06.2026 / 14:16
NATO sammiti ərfəsində Türkiyə-Rusiya münasibətlərində sərinlik başlayıb...

17.06.2026 / 14:12
Erməni toyları sürətlə “azərbaycanlılaşır”... Baxın necə...

17.06.2026 / 13:32
Aİ Rusiyanın Ermənistana təzyiqlərini azaltmaq üçün hərəkətə keçdi – ancaq ortada çətin problemlər də var...

17.06.2026 / 13:10
Kolumbiya səfiri "ASAN xidmət"dən sürücülük vəsiqəsi aldı...

17.06.2026 / 12:47
"Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır" - Əhliman Əmiraslanov

17.06.2026 / 12:39
İranın şansı gətirdi - ərəb ölkələrinin maliyyəsi hesabına gücünü bərpa edəcək...

17.06.2026 / 12:32
Finlandiyadan təklif - Avropa çimərlikləri ruslara qadağan edilsin...

17.06.2026 / 11:55
İran sazişi ABŞ administrasiyasını parçaladı - Tramp üç naziri istefaya göndərə bilər...

17.06.2026 / 11:30
Bir milyonluq qaçaqmalçılıqda ittiham olunan vəzifəlilərdən YENİ XƏBƏR VAR...

17.06.2026 / 11:18
Kılıçdaroğlunun arxayın davranışı suallara yol açdı - Özel qərarlıdır...

17.06.2026 / 11:13
"ABŞ-İran anlaşma mətni Tehranın onu uğurlu kimi təqdim etməsi üçün qeyri-müəyyən saxlanıb" - CNN

17.06.2026 / 11:07
ABŞ İsrailin tələbini rədd etdi - İran sazişinin mətni Təl-Əvivdən gizlədilir...

17.06.2026 / 10:46
İİB Qrupunun Bakı Forumunda 4,7 milyardlıq azı 32 saziş imzalanacaq...

17.06.2026 / 10:37
Bərdədə qadın 10 kiloqramdan artıq narkotiklə tutuldu

17.06.2026 / 10:22
Prezident İlham Əliyev ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul edib - FOTO

17.06.2026 / 10:11
Köçəryanın həbsi üçün düyməyə basıldı – toxunulmazlığı ləğv edilir...

17.06.2026 / 10:01
Son 20 ildə Azərbaycan iqtisadiyyatına 350 milyard dollardan çox investisiya yatırılıb

17.06.2026 / 09:42
Bakı-Sumqayıt yolunda faciə: hüquqşünasın qızı qəzada öldü

17.06.2026 / 09:32
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanları yola salındı

17.06.2026 / 09:25
Əli Əsədova “Bright Uzbekistan” jurnalının xüsusi buraxılışı təqdim olundu

17.06.2026 / 09:14
G7-dən Kiyevə dəstək, Moskvaya sanksiya mesajı – Rusiyanın neft-qaz sektoru hədəfdə...

17.06.2026 / 08:42
ABŞ Senatı Trampın müharibə səlahiyyətləri qətnaməsini 7-ci dəfə rədd etdi

17.06.2026 / 08:42
Rusiya freqatı La-Manş boğazında Britaniya yaxtasına atəş açdı...

17.06.2026 / 08:40
İtaliya Baş naziri maraqlı etiraf etdi - G7 liderləri alqışladı

17.06.2026 / 08:22
Rəşid Əzimovun xatirəsinə “Əbədi İşıq” sərgisi keçirildi

17.06.2026 / 07:20
FTB Ağ Evin yaxınlığında tədbirə dron hücumunun qarşısını aldı

17.06.2026 / 07:08
Roma bazilikasında İtaliya Baş nazirinin surəti görənləri şoka saldı

16.06.2026 / 22:45
Makron və Zelenski Tramp haqqında dedi-qodu edərkən yaxalandılar - mikrofonlar açıq qaldı...

16.06.2026 / 22:30
ABŞ-İran sazişi Cenevrədə yox, Bürqenştokda imzalanacaq – rəsmən təsdiqləndi...

16.06.2026 / 22:11
Orta maaşa görə qonşularla müqayisədə belə vəziyyətdəyik - çıxış yolları...

16.06.2026 / 21:44
İranla Cenevrə sazişini Tramp şəxsən imzalaya bilər - Xamneyi gələrmi?...

16.06.2026 / 21:26
Paşinyan sabiq prezident Sarkisyanı “Kaluqalının kuklası” adlandırdı...

16.06.2026 / 21:15
Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının birgə təlimi keçirilir - “Qafqaz Qartalı - 2026”...

16.06.2026 / 21:03
Putinin Ermənistana münasibəti Avropanı daha da qorxutdu - xüsusi elçi pul və ticarət vədləri ilə gəlir...

16.06.2026 / 20:47
Parisdə Azərbaycan–UNESCO əməkdaşlığının perspektivləri müzakirə edilib

16.06.2026 / 20:28
Tramp Suriyanın Livanda “Hizbullah”a qarşı müharibəyə başlamasını təklif etdi...

16.06.2026 / 20:20
Naxçıvan üçün Tramp da məsul olacaq - Əliyevin növbəti xatırlatması...

16.06.2026 / 19:52
Yoldaşlarını mühasirədən xilas edərək özü şəhid oldu -Namazov Orxan Ceyhun oğlu...

16.06.2026 / 19:20
“Azərbaycanla sülh Ermənistanda iqtisadi inkişafa yeni təkan verib” - Paşinyan

16.06.2026 / 19:06
Hakan Fidan Lavrovla Bakı və İrəvan arasındakı sülh prosesini müzakirə edib

Regionların tərəqqisində Qarabağ və Şərqi Zəngəzurun xüsusi çəkisi sürətlə artır

XƏBƏR ARXİVİ