NATO Rusiyanın Su-24 təyyarəsinin Türkiyənin hava sərhədlərini pozduğunu təsdiqləyib. Baki-xeber.com-un TASS agentliyinə istinadən xəbərinə görə, bu barədə NATO Baş katibi Yens Stoltonberq Türkiyənin təşəbbüsü ilə keçirilən Təhlükəsizlik Şurasının növbədənkənar iclasına yekun vurarkən bəyan edib.
"NATO olayla bağlı həm Türkiyədən, həm də Alyansa üzv digər ölkələrdən informasiya alıb və bizim dəyərləndirməmizə görə, bu informasiyaların tamamilə üst-üstə düşməsi Türkiyənin mövqeyinin haqlı olduğunu təsdiqlədi” – deyə o bildirib. Stoltonberq onu da deyib ki, NATO RF və Türkiyə arasında baş verə biləcək insidentlərin qarşısını almaq üçün hərbi mexanizmlərin inkişafını zəruri sayır.