Moskvada Türkiyə səfirliyinin binası qarşısında Rusiyanın Su-24 qırıcısının Türkiyə F-16-sı tərəfindən vurulmasına etiraz olaraq aksiya keçirilib. Baki-xeber.com-un xəbərinə görə, aksiyada 100 nəfərə yaxın insan iştirak edib. Aksiyaçılar "Bu, Türkiyənin bizə arxadan zərbəsi idi”, "Türkiyə, NATO, cavab verin” şüarları səsləndirib. Etirazçılar, eyni zamanda, Türkiyə səfirini ölkəni tərk etməyə çağırıblar. Yarım saat davam edən aksiya insidentsiz ötüşüb.
Bu arada Türkiyə hökuməti bu gün axşam saatlarında hadisəni sübut edən radar görüntülərini NATO Təhlükəsizlik Şurasının olayla bağlı çağırılan növbədənkənar iclasına təqdim edib. Görüntülərdə Rusiya təyyarəsinin Türkiyə hava məkanını pozaraq 17 saniyə Türkiyə ərazisində qaldığının aydın göründüyü bildirilir.