"Jurnalist Evi”nin sakinlərinin səbrsizliklə həllini gözlədiyi yol problemi artıq çözümünü tapıb. Dünən aldıqımız xəbərə görə, bununla bağlı bir neçə yerdə yol nişanları da yerləşdirilib. Beləliklə, artıq şəhər istiqamətindən gələrkən bina əhli 20-ci Sahə dairəsinə getmək məcburiyyətində qalmayacaq. Sadəcə "Azpetrol” yanacaqdoldurma məntəqəsini keçdikdən sonra sola dönüb Su İdmanı Sarayı yaxınlığında şosse yoluna çıxmaqla rahat şəkildə binaya istiqamət götürmək mümkün olacaq.
İndi qalır şəxsi nəqliyyat vasitəsi olmayan sakinlərin avtobus məsələsi. Ümid edək ki, o da tezliklə həllini tapacaq...
Baki-xeber.com