Britaniya baş naziri Devid Kemeron Türkiyə və Rusiya hökumətlərini Su-24 təyyarəsinin vurulmasından sonra israrla birbaşa ünsiyyətə dəvət edib. Bu barədə baki-xeber.com gazeta.ru saytına istinadən xəbər verir.
Britaniya hökumətinin mətbuat katıbınin sözlərinə görə, Türkiyə baş naziri Əhməd Davudoğlunun 10 dəqiqə ərzində britaniyalı həmkarı ilə telefonda danışdığını bildirib. "Kameron israrla Türkiyə baş nazirini Rusiya ilə birbaşa ünsiyyətin səmərəliliyinə inandırmağa çalışırdı – deyə mətbuat katibi bildirib.
Daha öncə verilən xəbərə görə, Türkiyə BMT Təhlükəsizlik Şurasını Su-24 təyyarəsinin vurulması ilə bağlı yazılı şəkildə məlumatlandırıb.