Bu gün Türkiyənin tələbilə NATO Şurasının növbədənkənar iclası çağırılıb. Baki-xeber.com-un Anadolu Agentliyinə istinadən xəbər verir.
Xəbərə görə, Türkiyə vaxtı ilə saat 18:00-da başlayan Şuranın iclasında NATO baş katibi və üzv ölkələrin səfirləri iştirak edib. İclasın gedişində Türkiyə tərəfi iclas iştirakçılarını təyyarə olayı ilə bağlı məlumatlandırıb. Eyni zamanda təyyarənin Türkiyənin hava sərhədlərini pozmasını sübut edən radar görüntüləri təqdim olunub.
"NATO hadisələrin inkişafını diqqətlə izləyir. Biz Türkiyə hökumətilə daimi əlaqədəyik”- deyə NATO-nun bugünkü açıqlamasında bildirilir.
Xatırladaq ki, bu ilin sentyabrında Rusiya təyyarəsinin Türkiyənin hava sərhədlərini pozmasından sonra NATO baş katibi Yens Stoltonberq alyansın üzv ölkələri istənilən təhlükədən qoruyacağını bəyan etmişdi. Bildirmişdi ki, Türkiyə də bu ölkələrdən biridir.