Nizami Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİV DF) ilə birgə fərdi jurnalist yazıları müsabiqəsi elan edib.
Baki-xeber.com xəbər verir ki, müsabiqənin məqsədi Nizami rayonunun sosial-iqtisadi və ictimai həyatındakı proseslərin ictimaiyyətə daha yaxından çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaqdır. Müsabiqənin mövzusu "Nizami rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər"dir.
Yazı qalibləri mükafatlandırılacaq. Belə ki, birinci yer üçün (bir nəfər) min, ikinci yer üçün (iki nəfər) 800, üçüncü yer üçün (üç nəfər) 600 manat mükafat nəzərdə tutulub. Bundan əlavə, 10 yazı müəllifinə 200 manat həvəsləndirici mükafat da veriləcək.
Qaliblər, həmçinin Nizami Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun xüsusi diplomu ilə təltif olunacaq.
Yazıların qəbulu 25 noyabr2015-ci il tarixdən başlayaraq 21 yanvar 2016-cı il tarixədək davam edəcək.
Müsabiqə şərtlərilə daha geniş KİV DF-nin rəsmi saytında (http://kivdf.gov.az/) tanış olmaq olar