Təlimdə FHN-nin xilasetmə qurumları, Müdafiə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Sərhəd Xidməti, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Dövlət Dəniz Administrasiyası və "BP” şirkətinin şəxsi heyəti iştirak edir.
Təlimə 752 nəfərlik şəxsi heyət, o cümlədən FHN-dən 600, Müdafiə Nazirliyindən 60, Xüsusi Dövlət Mühafizə Xidmətindən 15, Dövlət Sərhəd Xidmətindən 25, Daxili İşlər Nazirliyindən 22, Səhiyyə Nazirliyindən 10, "BP” şirkətindən 20 nəfər cəlb olunub.
Təlimə 101 ədəd xüsusi təyinatlı hava, dəniz və avtomobil texnikası, o cümlədən ümumilikdə 73 ədəd avtomobil texnikası, FHN-ə məxsus 4 helikopter və 1 "BE 200 ÇS” amfibiya təyyarəsi, 7-si FHN-ə, 2-si MN-ə, 2-si DSX-ya məxsus olmaqla ümumilikdə 11 ədəd xüsusi təyinatlı gəmi, 10-u FHN-ə, 2-si DİN-ə məxsus olmaqla ümumilikdə 12 ədəd sürətli kater cəlb olunub.
Təlim planına uyğun olaraq I mərhələdə fövqəladə hallar zamanı xəbərdarlığın təşkili, axtarış və qəza xilasetmə işləri həyata keçirilməsi, II mərhələdə isə neftlə çirklənmiş ərazilərin təmizlənməsi, qurğuların su altı hissələrinə baxış keçirilməsi və obyektlərin təhvil verilməsi yerinə yetiriləcək.